AnalitikaGündəmSiyasət

Müdafiə və təhlükəsizlik sahəsindəəməkdaşlıq: regional sabitlik və stratejitərəfdaşlığın institusional əsasları

Beynəlxalq təhlükəsizlik mühitində baş verən dəyişikliklər, yeni təhdidlərin meydana çıxması vəregional proseslərin mürəkkəbləşməsi dövlətlər arasında müdafiə və təhlükəsizlik sahəsindəəməkdaşlığın əhəmiyyətini daha da artırır. Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız ənənəvihərbi məsələlərlə məhdudlaşmır. Sərhədlərin idarə olunması, hüquq-mühafizə orqanlarınınfəaliyyəti, hüquqi institutların dayanıqlılığı, kibertəhlükəsizlik, beynəlxalq koordinasiya vəmüasir çağırışlara qarşı hazırlıq da bu anlayışın mühüm tərkib hissələrinə çevrilib. AzərbaycanRespublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmışStrateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik istiqamətinə xüsusiyer ayrılması iki dövlətin bu sahədə əməkdaşlığın genişləndirilməsinə verdiyi əhəmiyyətinümayiş etdirir.

2026-cı il noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vəBöyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanmış sənəd Azərbaycan-BöyükBritaniya münasibətlərinin yeni mərhələsini müəyyənləşdirən mühüm siyasi razılaşmadır. Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, regional sülh vəsabitliyin dəstəklənməsi, ümumi təhdidlərin qarşısının alınması və onlara cavab verməkimkanlarının artırılması tərəflərin uzunmüddətli öhdəliyi kimi təqdim olunur. Bu müddəalartəhlükəsizlik məsələlərinin ikitərəfli münasibətlərdə sistemli və ardıcıl şəkildə nəzərdənkeçiriləcəyini göstərir.

Azərbaycanın geosiyasi mövqeyi, yerləşdiyi regionun strateji əhəmiyyəti və beynəlxalqnəqliyyat-enerji marşrutlarında oynadığı rol ölkəmizin təhlükəsizlik məsələlərinə xüsusihəssaslıqla yanaşmasını zəruri edir. Cənubi Qafqazın regional və qlobal güc mərkəzlərininmaraqlarının kəsişdiyi məkan olması təhlükəsizlik sahəsində çevik, balanslaşdırılmış və millimaraqlara əsaslanan siyasətin həyata keçirilməsini tələb edir. Azərbaycan bu istiqamətdəmüstəqil xarici siyasət yürüdərək müxtəlif dövlətlərlə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıqmünasibətlərini inkişaf etdirir.

Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın regional sülhə və sabitliyəxidmət etməsinin vurğulanması diqqətəlayiqdir. Bu yanaşma təhlükəsizlik məsələlərinə yalnızhərbi imkanların genişləndirilməsi prizmasından deyil, daha geniş regional və beynəlxalqmaraqlar çərçivəsindən baxıldığını göstərir. Müasir təhlükəsizlik mühitində dövlətlərinqarşılaşdığı çağırışlar çoxşaxəli xarakter daşıdığı üçün onların həlli koordinasiya, təcrübəmübadiləsi və institusional potensialın gücləndirilməsini tələb edir.

Sənəddə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətin davam etdirilməsi və ikitərəfli, regional, beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşdirilməsi nəzərdə tutulur. Bu müddəa siyasidialoqun təhlükəsizlik sahəsində əməkdaşlığın əsas mexanizmlərindən biri olduğunu təsdiqləyir. Dövlət qurumları və müvafiq strukturlar arasında müntəzəm təmasların qurulması qarşılıqlımaraq doğuran məsələlərin daha səmərəli müzakirəsinə, yeni çağırışlara vaxtında reaksiyaverilməsinə və birgə təşəbbüslərin əlaqələndirilməsinə imkan yarada bilər.

Bəyannamədə müdafiə sahəsində təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmişəməkdaşlığın inkişaf etdirilməsi də nəzərdə tutulub. Bu istiqamət hərbi və müdafiəstrukturlarının peşəkar hazırlığının artırılması, müasir idarəetmə yanaşmalarının öyrənilməsi vəinstitusional imkanların inkişafı baxımından əhəmiyyətlidir. Müxtəlif ölkələrin müdafiəsahəsində təcrübə mübadiləsi aparması, təlim və hazırlıq istiqamətlərində əməkdaşlıq etməsimüasir təhlükəsizlik çağırışlarına uyğunlaşmaq üçün mühüm vasitələrdən biridir.

Sənəddə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarının da araşdırılması nəzərdə tutulur. Bu məsələ texnoloji imkanların, müasir istehsal təcrübəsinin və müdafiə sahəsindəinnovasiyaların öyrənilməsi baxımından diqqət çəkir. Tərəflərin qarşılıqlı maraq doğuransahələrdə birgə təşəbbüslər imkanlarını nəzərdən keçirməsi gələcək əməkdaşlığın konkretistiqamətlərinin müəyyənləşdirilməsi üçün zəmin yaradır. Eyni zamanda, bu müddəa müdafiəəməkdaşlığının yalnız mövcud təmaslarla məhdudlaşmadığını, yeni perspektivlərinöyrənilməsinə də açıq olduğunu göstərir.

Müasir dövrdə təhlükəsizlik anlayışının mühüm istiqamətlərindən biri hüquq-mühafizə orqanlarıarasında əməkdaşlıqdır. Dövlətlərin sabitliyinin qorunması, qanunun aliliyinin təmin edilməsi vəictimai təhlükəsizliyin möhkəmləndirilməsi hüquq-mühafizə institutlarının səmərəlifəaliyyətindən birbaşa asılıdır. Bu baxımdan Bəyannamədə hüquq-mühafizə orqanları arasındatərəfdaşlığın gücləndirilməsi ayrıca qeyd olunur. Tərəflər institusional dayanıqlılığın və qanununaliliyinin inkişaf etdirilməsi məqsədilə bu sahədə əməkdaşlığı genişləndirməyi nəzərdə tuturlar.

Yasəmən Quliyeva,
YAP Xətai rayon təşkilatının fəaı

Oxşar Xəbərlər

Back to top button