GündəmSiyasət

YAP-ın VIII Qurultayının müəyyən etdiyi hədəflər ətrafında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 45” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, 250 saylı tam orta məktəbin direktoru Gülanə Əliyeva, Bakı Şəhər Tibbi-Bədən Tərbiyəsi Dispanserinin baş həkimi Aysel Məmmədova və digər iştirakçılar çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı, gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması və dövlətçilik ideologiyasının təbliği istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, təhsil müəssisələri gənclərin intellektual inkişafı ilə yanaşı, onların vətənpərvərlik ruhunda yetişməsində, milli kimliyə və dövlətçilik prinsiplərinə bağlılığının gücləndirilməsində mühüm rol oynayır.

Bildirilib ki, YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası çərçivəsində ideoloji maarifləndirmə işinin gücləndirilməsi, gənclərin dövlətçilik ənənələrinə hörmət ruhunda tərbiyəsi və cəmiyyətin müxtəlif sahələrində çalışan partiya üzvlərinin fəallığının artırılması vacibdir. Təhsil və səhiyyə sahələrində çalışan əməkdaşların bu istiqamətdə birgə fəaliyyəti, milli-mənəvi dəyərlərin təbliği və sağlam həyat tərzinin təşviqi də diqqətə çatdırılıb.

Oxşar Xəbərlər

Back to top button