GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və ideoloji işin gücləndirilməsi müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Nəsimi küçəsi, 26” ünvanında yerləşən ərazi partiya təşkilatında 229 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, 229 saylı tam orta məktəbin direktoru Vüsalə Məmmədova və digər müəllimlər çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ideoloji əsaslarının gənc nəslə aşılanmasının, milli-mənəvi dəyərlərin qorunmasının və dövlətçilik ənənələrinin təbliğinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, təhsil müəssisələrində ideoloji işin düzgün təşkili, şagirdlərdə milli kimlik, vətənpərvərlik və dövlətə sədaqət hisslərinin formalaşdırılması müəllimlərin mühüm vəzifələrindəndir.

Bildirilib ki, YAP-ın VIII Qurultayında səsləndirilən müddəalar və müəyyənləşdirilən strateji hədəflər ideoloji fəaliyyətin daha da gücləndirilməsini, gənclərin dövlətçilik ruhunda tərbiyəsini və milli maraqların qorunmasına yönəlmiş işlərin ardıcıl aparılmasını zəruri edir. Bu istiqamətdə müəllimlərin fəallığının artırılması, şagirdlər arasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətinin izah olunması, milli-mənəvi dəyərlərə və tarixi irsə hörmətin aşılanması xüsusi əhəmiyyət daşıyır.

Oxşar Xəbərlər

Back to top button