AnalitikaGündəmSiyasət

Təhsil və humanitar əlaqələr xalqları yaxınlaşdırır

Dövlətlər arasında münasibətlərin davamlılığı yalnıziqtisadi göstəricilər və siyasi razılaşmalarla deyil, xalqların bir-birini tanıması, mədəniyyətlərə hörmət vəhumanitar əlaqələrin möhkəmliyi ilə də ölçülür. Prezident İlham Əliyevin Kambocanın Baş naziri HunManet ilə görüşdən sonra verdiyi bəyanatda təhsilsahəsinə xüsusi diqqət yetirməsi Azərbaycan-Kambocamünasibətlərinin insani tərəfinin də mühüm əhəmiyyətdaşıdığını göstərir. Dövlət başçısı sovet dövründəyüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsilaldığını xatırladaraq, bu ənənənin bərpasınınvacibliyini vurğulayıb.

Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsigənclərin bilik və təcrübə mübadiləsinə, müxtəlifmədəniyyətlərin daha yaxından tanınmasına və gələcəkmütəxəssislər arasında əlaqələrin qurulmasına imkanyaradır. Azərbaycan ilə Kamboca arasında tələbəmübadiləsinin inkişafı, təqaüd imkanlarının artırılmasıvə təhsil müəssisələri arasında əməkdaşlığın təşviqigələcək nəsillərin qarşılıqlı anlaşmasına töhfə verəbilər. Dövlətlər arasında qurulan bu cür mənəvikörpülər zaman keçdikcə daha geniş və möhkəməlaqələrin yaranmasına zəmin hazırlayır.

Azərbaycanın humanitar əməkdaşlığa verdiyi önəmölkəmizin beynəlxalq münasibətlərə hərtərəfliyanaşmasının göstəricisidir. Təhsil, turizm və mədəniəlaqələr xalqları bir-birinə yaxınlaşdırmaqla yanaşı, dostluq münasibətlərinin uzunmüddətli xarakteralmasına da kömək edir. Prezident İlham Əliyevinbəyanatında ifadə olunan bu yanaşma Azərbaycan iləKamboca arasında münasibətlərin yalnız bu günündeyil, gələcək nəsillərin də maraqlarına xidmət edənistiqamətdə inkişaf etdirilməsinin əhəmiyyətini ortayaqoyur.

Natiq Tağıyev ,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button