AnalitikaGündəmSiyasət

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik

Azərbaycanın xarici siyasətində beynəlxalqtəşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Prezidentİlham Əliyevin Kambocanın Baş naziri Hun ManetinAzərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatölkəmizin müxtəlif beynəlxalq platformalarda fəaliştirakının və dövlətlər arasında qarşılıqlı anlaşmanıngücləndirilməsinə verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan ilə Kamboca arasında Birləşmiş MillətlərTəşkilatı, Qoşulmama Hərəkatı və Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəçərçivəsində qurulan əməkdaşlıq iki ölkəninbeynəlxalq məsələlərə dair dialoqunun inkişafı üçünəlverişli zəmin yaradır.

Dövlətlər arasında qarşılıqlı dəstək yalnız diplomatikmünasibətlərin möhkəmlənməsinə deyil, həm də qlobalproblemlərin həllində ortaq yanaşmalarınformalaşmasına kömək edir. Müasir dünyada sülhünqorunması, təhlükəsizliyin təmin edilməsi, iqtisaditərəqqinin sürətləndirilməsi və humanitar məsələlərinhəlli dövlətlərin birgə səylərini tələb edir. Prezidentİlham Əliyevin bəyanatında beynəlxalq təşkilatlarçərçivəsində əməkdaşlığın müsbət qiymətləndirilməsiAzərbaycanın çoxtərəfli diplomatiyaya verdiyiəhəmiyyəti nümayiş etdirir. Belə platformalardaaparılan müzakirələr ölkələrə öz mövqelərini ifadəetmək, ortaq maraqları müəyyənləşdirmək vəbeynəlxalq təşəbbüslərdə daha fəal iştirak etməkimkanı verir.

Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzölkəmizin müstəqil siyasəti, prinsipial mövqeyi vəəməkdaşlığa açıq olması ilə sıx bağlıdır. Kamboca iləmünasibətlərin inkişafı da Azərbaycanın müxtəlifregionları birləşdirən diplomatik əlaqələr qurmaqəzmini əks etdirir. Qarşılıqlı etimadın qorunması, beynəlxalq hüququn prinsiplərinə hörmət və ortaqməqsədlər naminə əməkdaşlıq gələcək münasibətlərinəsas dayaqlarıdır. Prezident İlham Əliyevin bəyanatıbir daha göstərir ki, Azərbaycan beynəlxalqəməkdaşlığı yalnız siyasi əlaqələrin inkişafı kimi deyil, həm də daha sabit, təhlükəsiz və qarşılıqlı hörmətəəsaslanan dünyanın formalaşmasına töhfə verənmühüm vasitə kimi qiymətləndirir.

Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının
məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button