
Müəllim cəmiyyətin mənəvi inkişafında mühüm rol oynayan, gələcək nəsillərindünyagörüşünün formalaşmasına təsir göstərən şəxsiyyətdir. Onun hər birdavranışı, danışıq tərzi, şagirdlərə münasibəti və xarici görünüşü təhsil prosesininümumi keyfiyyətinə təsir edir. Məktəb mühitində müəllimin geyimi də peşəkarmövqeyinin və işinə münasibətinin görünən tərəflərindən biridir. Səliqəli, təhsilmüəssisəsinə uyğun və rahat geyim müəllimin öz fəaliyyətinə məsuliyyətləyanaşdığını nümayiş etdirir.
Təhsilverənin geyimi ilə bağlı tələblər müəyyən edilərkən əsas diqqət peşəfəaliyyətinin xüsusiyyətlərinə, məktəbin işgüzar mühitinə və şagirdlərə göstərilənnümunəyə yönəlməlidir. Müəllimin xarici görünüşü dərsin məzmununu kölgədəqoymamalı, diqqəti tədris prosesindən yayındırmamalıdır. Eyni zamanda, peşəkarlıq yalnız geyimlə ölçülə bilməz. Dərin bilik, pedaqoji bacarıq, səbir, ədalətli münasibət və uşaqların fərdi xüsusiyyətlərini anlamaq müəllimin nüfuzunumüəyyən edən başlıca keyfiyyətlərdir.
Müəllim geyimi məsələsinə yanaşmada qarşılıqlı hörmət və hüquqi çərçivəqorunmalıdır. Təhsil müəssisəsində müəyyən olunmuş tələblər aydın, əsaslandırılmış və hamıya bərabər tətbiq edilən xarakter daşımalıdır. Müəllimlərəmünasibətdə alçaldıcı ifadələrə, şəxsi görünüşünə görə ayrı-seçkiliyə və əsassıztəzyiqlərə yol verilməməlidir. Məktəb rəhbərliyi qaydaların tətbiqində nümunəgöstərməli, müəllim kollektivində sağlam əməkdaşlıq mühiti yaratmalı və hərkəsin peşəkar ləyaqətinə hörmətlə yanaşmalıdır.
Müəllimin nümunəsi şagirdlərin davranış mədəniyyətinin inkişafına təsir edənmühüm amillərdən biridir. Uşaqlar böyüklərin yalnız dediklərini deyil, etdiklərinidə müşahidə edir və çox vaxt onlardan nümunə götürürlər. Buna görə müəlliminsəliqəli geyimi, etik davranışı və məsuliyyətli mövqeyi məktəb həyatının ümumiahənginə müsbət təsir göstərə bilər. Əsl müəllim nüfuzu zahiri görünüşlə başlayıborada bitmir; o, biliklə, mənəvi zənginliklə və şagirdlərin qəlbində qazandığıetimadla ucalır.
Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



