
Tərbiyə yalnız dərsliklərdəki məlumatlarla və sinifdə verilən tapşırıqlarlaməhdudlaşmır. O, uşağın gündəlik davranışında, insanlarla ünsiyyətində, ictimaiqaydalara münasibətində və şəxsi məsuliyyətində özünü göstərir. Geyimmədəniyyəti də bu tərbiyə prosesinin müəyyən hissəsidir. Şagirdin məktəbəsəliqəli gəlməsi, təhsil müəssisəsinin qaydalarına əməl etməsi və ümumi mühitəhörmətlə yanaşması onda məsuliyyətli davranış vərdişlərinin formalaşmasınakömək edir.
Məktəb geyimi ilə bağlı qaydalar şagirdlərə zahiri görünüşün hər şey olmadığını daöyrətməlidir. İnsan haqqında həqiqi təsəvvür onun geyiminin bahalılığı ilə deyil, düşüncəsi, biliyi, dürüstlüyü və davranışı ilə yaranır. Buna görə məktəbdə geyimməsələsi müzakirə edilərkən uşaqlarda başqalarını xarici görünüşünə görəqiymətləndirməmək, fərqliliklərə hörmət etmək və heç kəsi alçaltmamaq düşüncəsiinkişaf etdirilməlidir. Geyim mədəniyyəti insan ləyaqətinə hörmətlətamamlandıqda öz həqiqi tərbiyəvi əhəmiyyətini qazanır.
Müəllimlər bu prosesdə istiqamətverici rol oynayırlar. Şagirdlərə qaydalarınsəbəbini izah etmək, onların suallarını dinləmək və mübahisəli məsələlərə səbirliyanaşmaq uşaqlarda şüurlu məsuliyyət hissini gücləndirir. Məktəb rəhbərliyi dəgeyim qaydalarını yalnız inzibati tələb kimi təqdim etməməli, onların təhsilmühitində nizamın və qarşılıqlı hörmətin qorunmasına necə xidmət etdiyinigöstərməlidir. Şagird qaydanın məqsədini anladıqda ona əməl etməyi daha asanqəbul edir və öz davranışına daha məsuliyyətlə yanaşır.
Mənəvi tərbiyənin əsas məqsədi qaydalara kor-koranə tabe olan deyil, düzgündavranışın səbəblərini dərk edən şəxsiyyət yetişdirməkdir. Məktəb geyimi ilə bağlıtələblər də bu məqsədlə uzlaşdırılmalıdır. Uşaqlara səliqə, intizam, başqalarınınhüquqlarına hörmət və şəxsi məsuliyyət kimi dəyərlər aşılandıqda geyimmədəniyyəti daha geniş tərbiyəvi məna qazanır. Belə məktəb mühitində zahiriqaydalar daxili mədəniyyətlə birləşir, şagirdlər isə həm bilikli, həm də cəmiyyətqarşısında məsuliyyətini dərk edən insanlar kimi formalaşırlar.
Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



