GündəmSiyasət

İdeoloji təhlükəsizliyin təmin olunmasında təhsilin rolu diqqətə çatdırılıb

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Əzim Əzimzadə küçəsi, 18” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə və ideoloji məsələlərə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov ideoloji işin gücləndirilməsinin, dövlətçilik prinsiplərinin və milli-mənəvi dəyərlərin cəmiyyət arasında geniş təbliğinin əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində partiya üzvlərinin fəallığının artırılmasının, gənclərin düzgün istiqamətdə maarifləndirilməsinin və milli maraqların qorunmasının vacibliyini diqqətə çatdırıb.

214 saylı tam orta məktəbin direktoru Vəfa Bayramova çıxışında təhsil müəssisələrinin ideoloji maarifləndirmə prosesindəki rolunu vurğulayıb. O, şagirdlərdə vətənpərvərlik hissinin, dövlətə və dövlətçilik ənənələrinə bağlılığın formalaşdırılmasının, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanmasının təhsil işçiləri qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirib.

Görüşdə iştirak edən digər şəxslər də ideoloji işin səmərəliliyinin artırılması, gənclərin milli ruhda tərbiyəsi, dövlət siyasətinin əsas istiqamətlərinin təbliği və YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Sonda ideoloji maarifləndirmə fəaliyyətinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin dövlətçilik ideyalarına sədaqət ruhunda yetişdirilməsi istiqamətində qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

Back to top button