DünyaGündəmSiyasət
Trend

“İstəsək, İranı bir günə məhv edə bilərik”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ istəsə, İranı çox qısa müddətdə məhv edə bilər.

“Aktualinfo.Media Qrup” xəbər verir ki, o bu haqda “Fox News” telekanalına müsahibəsində danışıb.

Tramp qeyd edib ki, ABŞ-nin hərbi gücü İrandan böyük üstünlüyə malikdir və Vaşinqton bir gün ərzində onu yox edə biləcək imkanlara sahibdir.

Bununla belə, o vurğulayıb ki, belə bir addımın atılması məqsədəuyğun deyil.

“ABŞ istəsə, İranı qısa müddətdə, hətta, bir günə məhv edə biləcək gücə malikdir. Amma bu ciddi məsələdir”.

Oxşar Xəbərlər

Back to top button