Analitika

Xankəndi işğaldan azad olmaqla çiçəklənmə dövrünə qədəm qoyur

2003-cü il oktyabrın 15-də prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini uğurla davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında Azərbaycan dövlətini strateji hədəflərə doğru uğurla aparıb.

20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev xalqa müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Əminliklə deyə bilərik ki, ölkə başçısı qarşıya qoyduğu vəzifələri uğurla icra etməkdədir.

Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən, uğurlu daxili və xarici siyasətidir ki, bu gün Azərbaycan regionun güclü dövlətidir. Bir şəxsiyyət olaraq İlham Əliyevin dediyi sözlər və verdiyi qərarlar birmənalı şəkildə hər kəsdə güvən və etibar yaradır. İşğaldan azad edilən ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlərin sürətlə davam etdirilməsi ölkəmizin düşünülmüş siyasətinin nəticəsidir. Xalqımız öz tarixi torpaqlarına 30 illik işğala son qoyaraq, tarixi ədaləti bərpa edərək geri qayıdır. Ermənistan tərəfindən viran qoyulmuş, dağıdılmış Azərbaycan torpaqları öz sahibinə  qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoyur. Dövlətimiz qısa zaman müddətində zəfər çalmış ölkə olaraq işğaldan azad edilmiş torpaqlarını cənnətə çevirir.

Xankəndi Erməni işğalı altında qaldığı 30 ildən artıq dövrdə hər cür kriminal ünsürlərin məskəninə çevrilmişdir. Bu gün isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev münaqişə sonrası Qarabağda aparılan bərpa işlərində görünməmiş əzm və səbir nümayiş etdirir. 30 il səbr edib sonunda şəhid qanları bahasına tam suverenliyinə qovuşan ölkəmiz Xankəndinin də sabahının daha aydın və daha şəffaf olacağından əmindir. İşğal dövründə normal inkişafdan geri düşmüş regionun yenidən bərpasına başlayan və öz əzəli sakinlərinə qovuşması üçün  dövlətimiz böyük səylər göstərməkdədir.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button