
Vətən torpağının hər qarışı insan üçün müqəddəsdir, lakin doğulub boya-başaçatılan, uşaqlıq xatirələrinin yaşadığı, ailə ocağının qurulduğu yurdun yeribaşqadır. Ağdam da minlərlə insanın həyatında belə müqəddəs məna daşıyanşəhərlərimizdəndir. Qarabağın mərkəzində yerləşən bu qədim şəhər tarixən özününmədəniyyəti, təsərrüfat həyatı, sənətkarlığı və insanlarının qonaqpərvərliyi ilətanınmışdır. Ağdamın adı çəkiləndə doğma yurdun isti nəfəsi, keçmişin unudulmazxatirələri və gələcəyə yönələn ümidlər yada düşür.
İşğal dövründə Ağdamın üzləşdiyi dağıntılar xalqımızın yaddaşında ağır bir səhifəaçdı. Şəhərin tarixi simasına vurulan zərbə, dağıdılan evlər və viran qoyulanmədəniyyət nümunələri təkcə Ağdam sakinlərinin deyil, bütün Azərbaycanın ağrısıidi. Buna baxmayaraq, ağdamlılar doğma şəhərlərinə olan sevgilərini heç vaxtitirmədilər. Onlar yaşadıqları hər yerdə öz adət-ənənələrini qorudular, Ağdamınxatirəsini yaşatdılar və qayıdış gününə inamla gözlədilər. Həmin inam xalqımızınmilli ruhunun sarsılmazlığını göstərən ən gözəl nümunələrdən biri oldu.
2020-ci il noyabrın 20-də Ağdamın azad olunması ilə uzun illərin həsrətinə sonqoyuldu. Bu tarixi gün Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühümnailiyyət kimi qeyd olunur. Bu gün şəhərdə aparılan abadlıq və quruculuq işləriAğdamın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Müasir şəhərsalmalayihələri, yeni yaşayış məhəllələri, təhsil və səhiyyə obyektləri, nəqliyyatinfrastrukturu və yaşıllıq zonaları şəhərin gələcək simasını müəyyənləşdirir. Ağdamın bərpası həm də məcburi köçkünlərin doğma torpaqlarına qayıdışınıntəmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Bu gün Ağdamın hər bir uğuru Azərbaycanın ümumi inkişafının bir parçasıdır. Şəhərin yenidən canlanması, sakinlərin doğma yurdlarına qayıtması və yeni həyatqurması milli Zəfərimizin davamıdır. Ağdam Şəhəri Günü bizə şəhidlərimizinfədakarlığını, qazilərimizin qəhrəmanlığını və dövlətimizin gücünü bir dahaxatırladır. Bu əlamətdar gündə arzumuz odur ki, Ağdamın küçələrindən daimuşaqların gülüşü, insanların sevinc səsi gəlsin, şəhərimiz sülhün, əmin-amanlığınvə firavanlığın rəmzinə çevrilsin.
Murad İsmayılov,
YAP Xəzər rayon təşkilatının fəalı



