AnalitikaGündəmSiyasət

Tarixi dostluqdan strateji tərəfdaşlığa uzanan yol

Azərbaycan və Vyetnam xalqları arasında münasibətlər onilliklər ərzindəformalaşmış dostluq, qarşılıqlı ehtiram və əməkdaşlıq ənənələrinə əsaslanır. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinəverdiyi müsahibədə bu münasibətlərin tarixi köklərinə xüsusi diqqət yetirməsi ikiölkə arasındakı əlaqələrin mahiyyətini daha dərindən anlamağa imkan verir. Dövlət başçısı xalqlarımız arasında təxminən 70 ilə yaxın tarixə malik dostluqəlaqələrinin təsadüfi olmadığını, bu münasibətlərin görkəmli dövlət xadimlərininsəyləri ilə formalaşdığını qeyd etmişdir.

1959-cu ildə Ho Şi Minin Bakıya səfəri Azərbaycan-Vyetnam əlaqələrinintarixində mühüm hadisə kimi yadda qalmışdır. Sonrakı illərdə Heydər Əliyevin1983-cü ildə Vyetnama səfəri qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələaçmışdır. Səfərin səkkiz gün davam etməsi və ölkənin müxtəlif bölgələrini əhatəetməsi əlaqələrin inkişafına verilən əhəmiyyətin göstəricisi idi. Həmin səfərçərçivəsində əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfəvermiş, uzunmüddətli əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmişdir. Bu tarixihadisələr bu gün də iki xalq arasında dostluq münasibətlərinin mənəvidayaqlarından biri hesab olunur.

Münasibətlərin inkişafında son illərdə həyata keçirilən yüksək səviyyəli səfərlər dəxüsusi rol oynayır. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Sanqın Azərbaycana səfəri qarşılıqlısiyasi dialoqun genişlənməsinə xidmət etmişdir. 2025-ci ilin may ayında VyetnamKommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə əlaqələrdə yeni mərhələnin başlanğıcı olmuşdur. Həmin səfərzamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi ikitərəflimünasibətlərin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirmişdir.

Bu gün Azərbaycan-Vyetnam münasibətləri yalnız tarixi dostluq ənənələri ilədeyil, həm də konkret iqtisadi, siyasi və humanitar layihələrlə zənginləşir. İkiölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, parlamentlərarası əlaqələrivə hakim partiyalar arasında qarşılıqlı təmasları münasibətlərin çoxşaxəlixarakterini nümayiş etdirir. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyifikirlər göstərir ki, tarixi dostluq müasir dövrün tələblərinə uyğun yeni məzmunqazanır. Bu münasibətlərin gələcək inkişafı Azərbaycan və Vyetnam xalqları üçünyeni əməkdaşlıq imkanları yarada bilər.

Nigar Əliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button