Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub
Erməni diasporunun yürütdüyü məkrli siyasət Avropa və Amerika kimi qlobal güc mərkəzlərində anti-Azərbaycan kampaniyasına rəvac verir. Avropa Parlamenti, Fransa Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin yaydığı bəyanatlar bu siyasətin bir hissəsidir. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ regionuna Qərb dairələrinin ictimai və siyasi üzvlərinin səfərlərinin təşkil edilməsi saxta beynəlxalq nəzər yaratma cəhdləridir. 44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bu reallıqlardan biri də Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizidir. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün hazır olduqlarını bildirirlər. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın güc balansını dəyişmək iqtidarında olan dövlət başçıları ilə görüşlərində, beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda çıxışlarında, diplomatlar, jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə bildirmişdir ki, Azərbaycan öz əzəli dədə-baba torpaqlarının bir qarışını da ermənilərə güzəştə getməyəcək. Erməni barbarları tərəfindən işğal dövründə şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir olunub və talan edilib. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı davamlı olaraq sistemli şəkildə müharibə cinayətləri törədib və bu cinayətlərə əslində bu gün də son qoyulmayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkar olunan kütləvi məzarlıqlar erməni vandalizminin, erməni vəhşiliklərinin misli görünməmiş miqyasından xəbər verir. Aşkar olunmuş iki kütləvi məzarlıqda işgəncələrə məruz qoyularaq sonradan qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının və hərbçilərinin basdırılması faktı artıq öz təsdiqini tapıb. Əfsuslar olsun ki, beynəlxalq güclər, xüsusilə də Qərb dairələrinin Ermənistana verdiyi dəstək hayları daha da cəsarətləndirir. Nəticədə Ermənistan təxribatlar törədir, sülh prosesini ləngidir və danışıqlara kölgə salır. Təəssüflər olsun ki, Ermənistan tərəfi normallaşma prosesini ləngidir. Azərbaycan və Avropa İttifaqı tərəfindən atılan addımlar danışıqların məhsuldar və nəticəyönümlü olmasına hesablanıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi öz destruktiv mövqeyindən əl çəkəcək və sülhün daimi olması üçün çalışacaq. Çünki düşmən anlamalıdır ki, regionda revanşist qüvvələrin və revanşist fikirlərin ayaq açıb yürüməsinə Azərbaycan ordusu heç bir zaman rəvac verməyəcəkdir.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı