
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin butarixi bəyanatı xalqımızın yaddaşına əbədi həkk olunmuş, Azərbaycanın müasir tarixindəyeni bir mərhələnin başlanğıcını müjdələmişdir. Bu sözlər yalnız bir şəhərin işğaldan azadedilməsinin ifadəsi deyil, həm də xalqın sarsılmaz iradəsinin, milli birliyinin, dövlətçilikəzminin və tarixi ədalətin təntənəsinin rəmzidir.
Hər bir xalqın tarixində onun milli kimliyini, mənəvi dəyərlərini və dövlətçilik yaddaşınıözündə yaşadan müqəddəs məkanlar vardır. Şuşa Azərbaycan xalqı üçün məhz belə birməkandır. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi, görkəmli şəxsiyyətlərimizinyetişdiyi, musiqimizin, poeziyamızın və incəsənətimizin inkişaf etdiyi bu qədim şəhərəsrlər boyu milli varlığımızın ayrılmaz hissəsi olmuşdur. Şuşanın taleyi Azərbaycanıntaleyindən, onun azadlığı isə xalqımızın milli qürurundan ayrı təsəvvür edilə bilməz.
Zəfərin təməlində dayanan siyasi iradə və dövlətçilik strategiyası
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ümummilli Lider Heydər Əliyev tərəfindənqoyulmuşdur. Onun siyasi fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, milli maraqların qorunması, iqtisadi və hərbi potensialın gücləndirilməsi baxımındanmüstəsna əhəmiyyət daşıyır.
Ulu Öndər Heydər Əliyev Qarabağ probleminin mahiyyətini beynəlxalq ictimaiyyətəçatdırmaq, Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək və münaqişənin ölkəmizinmilli maraqları çərçivəsində həllinə nail olmaq istiqamətində ardıcıl siyasət həyatakeçirirdi. Onun uzaqgörən dövlətçilik strategiyası gələcək Qələbənin siyasi, iqtisadi vəideoloji əsaslarını formalaşdırdı.
Müstəqilliyin ilk illərində üzləşdiyimiz ağır siyasi, hərbi və iqtisadi böhranın aradanqaldırılması, ölkədə sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsivə güclü iqtisadiyyatın yaradılması sonrakı inkişafın əsasını təşkil etdi. Heydər Əliyevinmüəyyən etdiyi siyasi kurs Azərbaycan dövlətinin gələcək qüdrətinin formalaşmasınaxidmət etdi.
Bu strategiya Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildəuğurla davam etdirildi. Ölkənin iqtisadi imkanlarının genişləndirilməsi, müasir orduquruculuğu, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli birliyin qorunmasıQarabağ münaqişəsinin həlli istiqamətində həlledici amillərə çevrildi.
Beləliklə, 2020-ci ildə əldə edilən tarixi Qələbə təsadüfi hadisə deyil, uzun illər ərzindəhəyata keçirilmiş məqsədyönlü dövlət siyasətinin, düşünülmüş strategiyanın və xalq-iqtidar birliyinin məntiqi nəticəsi idi.
Şuşa Zəfərinə aparan uzun və şərəfli yol
Azərbaycan xalqı torpaqlarımızın işğalı ilə heç vaxt barışmadı. Otuz ilə yaxın müddətdəbeynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan sülh danışıqları aparılsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin ədalətli həllinə imkan vermirdi.
Bu müddət ərzində Azərbaycan həm diplomatik müstəvidə, həm də hərbi və iqtisadisahələrdə öz gücünü artırdı. Dövlətin bütün resursları ölkənin ərazi bütövlüyünün bərpasıməqsədinə yönəldildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının azadlıq vəədalət mübarizəsinin həlledici mərhələsi oldu. Rəşadətli Azərbaycan Ordusu Müzəffər AliBaş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş ərazilərimizi bir-birininardınca azad etdi. Hər bir hərbi uğur xalqın qələbəyə inamını daha da gücləndirir, əsgər vəzabitlərimizin qəhrəmanlığı isə tariximizin yeni səhifələrini yazırdı.
Bu müharibənin ən mürəkkəb və strateji əhəmiyyətli mərhələsi Şuşa əməliyyatı idi. Dağlıqrelyefi, mürəkkəb coğrafi şəraiti və düşmənin müdafiə mövqeləri ilə seçilən şəhərin azadedilməsi böyük hərbi peşəkarlıq, cəsarət və fədakarlıq tələb edirdi.
Azərbaycan hərbçiləri ağır döyüş şəraitində, çətin keçilən dağ yolları ilə irəliləyərəkŞuşaya daxil oldular. Müasir hərb tarixində xüsusi yer tutan bu əməliyyat Azərbaycanəsgərinin döyüş ruhunun, iradəsinin və Vətən sevgisinin təcəssümü oldu.
Qarabağ Zəfərinin zirvəsi – Şuşa əməliyyatı
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinin ən şanlı günlərindən biri kimi əbədiyaşayacaq. Məhz həmin gün Prezident İlham Əliyev Şuşanın azad edilməsi xəbərinixalqımıza çatdırdı.
Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən əsas hərbi-stratejihadisələrdən biri oldu. Şəhərin coğrafi mövqeyi və mənəvi-siyasi əhəmiyyəti nəzərəalındıqda, bu Qələbənin miqyası daha aydın görünür. Şuşanın azad olunması Ermənistanınhərbi-siyasi müqavimət imkanlarını ciddi şəkildə sarsıtdı və müharibənin başa çatmasınısürətləndirdi.
Prezident İlham Əliyevin Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində səsləndirdiyifikirlər bu tarixi hadisənin mənəvi dəyərini xüsusilə ifadə edir:
“Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında başəydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azadetdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözünaydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Bu müraciət həm də tarixi varisliyin, ata vəsiyyətinə sədaqətin və milli məqsədin həyatakeçirilməsinin ifadəsi idi. Ulu Öndərin arzusu gerçəkləşmiş, Azərbaycan xalqı özmədəniyyət paytaxtına qovuşmuşdu.
Prezidentin digər tarixi bəyanatı isə Qələbənin hansı iradə və qətiyyət hesabına əldəedildiyini bir daha nümayiş etdirdi:
“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanındaqazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.”
Şuşanın azad edilməsi yalnız hərbi uğur deyildi. Bu, Azərbaycan xalqının tarixiyaddaşının, milli-mənəvi dəyərlərinin və mədəni irsinin özünə qaytarılması idi. Şuşa iləbirlikdə xalqımızın qüruru, inamı və gələcəyə olan ümidləri də yenidən ucaldı.
Azad Şuşadan quruculuq və dirçəliş şəhərinə
Şuşanın azad edilməsindən sonra qarşıda duran əsas vəzifə şəhərin tarixi-mədəni simasınıqorumaqla onu yenidən dirçəltmək idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə buistiqamətdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı.
Dövlət başçısının azad edilmiş şəhərə mütəmadi səfərləri görülən işlərin ardıcıl nəzarətdəsaxlanılmasını, tarixi abidələrin bərpasını, sosial infrastrukturun yaradılmasını və şəhəringələcək inkişafının planlaşdırılmasını təmin etdi.
2021-ci il martın 20-də Cıdır düzündə Novruz tonqalının alovlandırılması xüsusi tarixi vəmənəvi məna daşıyırdı. Uzun illər işğal altında qalmış bu müqəddəs məkanda Novruztonqalının yandırılması xalqımızın doğma torpaqlarına qayıdışının, milli adət-ənənələrininyenidən yaşadılmasının rəmzinə çevrildi.
2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin Şuşaya səfəri çərçivəsində bir sıramühüm layihələrin açılışı və təməlqoyma mərasimləri keçirildi. “Qarabağ” hotelininyenidənqurmadan sonra istifadəyə verilməsi, Molla Pənah Vaqifin büstünün açılışı, Vaqifin muzey-məqbərə kompleksinin bərpa edilərək yenidən açılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışı şəhərin mədəni həyatının bərpasıbaxımından mühüm hadisələr oldu.
Eyni zamanda, inzibati binada bərpa işləri ilə tanışlıq, Üzeyir Hacıbəylinin ev-muzeyininyenidən qurulması, Hotel və Konfrans Mərkəzinin təməlqoyma mərasimi, Şuşanın Başplanının təqdim edilməsi və birinci yaşayış məhəlləsinin təməlinin qoyulması şəhərinkompleks inkişafına hesablanmış tədbirlərin başlanğıcını təşkil etdi.
Şuşanın gələcək inkişafı təsadüfi və pərakəndə layihələrlə deyil, vahid şəhərsalmakonsepsiyası əsasında həyata keçirilməyə başladı. “Şuşa şəhərinin 2040-cı ilədəkinkişafına dair Baş planı” şəhərin tarixi memarlıq xüsusiyyətlərinin qorunmasını, yaşayışmühitinin müasirləşdirilməsini, sosial və turizm infrastrukturunun inkişafını nəzərdə tutanmühüm strateji sənəddir.
2024-cü il martın 12-də Azərbaycan və Qazaxıstan prezidentlərinin Şuşaya səfəri şəhərinbeynəlxalq əhəmiyyətinin artmasının göstəricisi oldu. Şuşanın xarici dövlətlərin rəhbərləritərəfindən ziyarət edilməsi onun regional və beynəlxalq əməkdaşlıq məkanına çevrilməsibaxımından əlamətdar idi.
2024-cü il mayın 10–11-də Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı şəhərin bərpasıvə sosial infrastrukturunun inkişafı istiqamətində bir sıra mühüm addımlar atıldı. Üçüncüyaşayış kompleksinin təməlinin qoyulması, birinci yaşayış kompleksinin açılışı və şəhərəköçmüş ilk sakinlərlə görüş Böyük Qayıdış prosesinin real nəticələrini nümayiş etdirdi.
Bu səfər çərçivəsində Çöl Qala və Aşağı Gövhər Ağa məscidlərində bərpa işlərinin gedişiilə tanışlıq, Üzeyir Hacıbəylinin ev-muzeyində görülən işlərin qiymətləndirilməsi, Şirin suhamamının bərpadan sonra açılması, Mamayı məscidinin istifadəyə verilməsi tarixi-mədəni irsin qorunması istiqamətində mühüm hadisələr idi. Xankəndi–Şuşa–Laçınavtomobil yolunda aparılan işlərlə tanışlıq və Turşsu qəsəbəsinin təməlinin qoyulması isəbölgənin nəqliyyat və yaşayış infrastrukturunun genişləndirilməsinə xidmət edirdi.
Həmin günlərdə keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışı şəhərin mədəniyyətdiplomatiyası baxımından da mövqeyini gücləndirdi. İslam Əməkdaşlıq Təşkilatının vədigər beynəlxalq qurumların nümayəndələrinin iştirakı Şuşanın beynəlxalq mədəniyyətməkanına çevrilməsinə təkan verdi.
2024-cü il mayın 17-də Belarus Respublikasının Prezidenti Aleksandr LukaşenkonunŞuşaya səfəri də xüsusi əhəmiyyət daşıdı. Səfər zamanı şəhərdə aparılan bərpa vəquruculuq işləri, Yaradıcılıq Mərkəzindəki “Heydər Əliyev və Qarabağ” sərgisi, Bülbülünev-muzeyi və Cıdır düzü ilə tanışlıq həyata keçirilən tədbirlərin beynəlxalq miqyasdatəqdimatına imkan yaratdı. Azərbaycan və Belarusun birgə istehsalı olan avtobus vəBelarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış isə əməkdaşlığın iqtisadi və praktikiistiqamətlərini əks etdirdi.
2025-ci il mayın 9-da Şuşaya səfər zamanı Daşaltı kənd məscidinin və Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı, eləcə də dördüncü yaşayış kompleksinin təməlqoymamərasimi keçirildi. Bu tədbirlər şəhərdə həyatın bütün sahələrini əhatə edən bərpaprosesinin davamlı xarakter aldığını göstərirdi.
2026-cı il iyunun 23-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Şuşayasəfəri Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq və əməkdaşlıq münasibətlərininmühüm təzahürü oldu. Prezidentlər Daşaltı kəndi fonunda xatirə şəkli çəkdirdilər, birinciyaşayış kompleksində, Şuşa məscidində aparılan tikinti işləri ilə tanış oldular, HeydərƏliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev vəQarabağ” sərgisinə baxdılar. Bülbülün ev-muzeyi, Cıdır düzü və şəhərin digər tariximəkanlarına səfər Şuşanın mənəvi və mədəni əhəmiyyətini bir daha nümayiş etdirdi.
2026-cı il iyulun 13-də IV Şuşa Qlobal Media Forumunun açılışı şəhərin beynəlxalqinformasiya və ictimai dialoq platforması kimi əhəmiyyətini daha da artırdı. Bu forumŞuşanın artıq yalnız tarixi-mədəni mərkəz deyil, həm də qlobal məsələlərin müzakirəolunduğu beynəlxalq məkan kimi inkişaf etdiyini göstərdi.
Şuşa – milli mədəniyyətimizin və tarixi yaddaşımızın beşiyi
Şuşanın Azərbaycan tarixindəki yeri onun hərbi-strateji əhəmiyyəti ilə məhdudlaşmır. Şəhər əsrlər boyu xalqımızın mədəni, ictimai və siyasi həyatının mühüm mərkəzlərindənbiri olmuşdur. Burada yetişən görkəmli şairlər, bəstəkarlar, musiqiçilər, rəssamlar vəictimai xadimlər Azərbaycan mədəniyyətinin zənginləşməsində misilsiz xidmətlərgöstərmişlər.
Molla Pənah Vaqifin poeziyası, Üzeyir Hacıbəylinin musiqi irsi, Bülbülün ifaçılıqməktəbi, Natəvanın ədəbi və ictimai fəaliyyəti Şuşanın milli mədəniyyət tariximizdəkimövqeyini müəyyənləşdirən dəyərlərdir. Bu şəhərin hər küçəsi, hər daşı, hər tarixi tikilisixalqımızın keçmişindən xəbər verir.
İşğal dövründə Şuşanın tarixi abidələrinə, məscidlərinə, muzeylərinə və mədəniyyətnümunələrinə vurulmuş ziyan milli irsimizə qarşı törədilmiş böyük vandalizm aktı idi. Bugün həmin abidələrin bərpası yalnız memarlıq nümunələrinin yenidən qurulması deyil, həm də tarixi ədalətin və milli yaddaşın bərpasıdır.
Şuşanın turizm potensialının inkişafı da xüsusi əhəmiyyət daşıyır. Şəhərin tarixi irsi, təbiigözəllikləri, Cıdır düzü, tarixi məhəllələri, dini və mədəni abidələri onun beynəlxalqturizm məkanına çevrilməsi üçün geniş imkanlar yaradır. İqtisadi Əməkdaşlıq Təşkilatınınturizm paytaxtı statusu Şuşanın bu sahədəki potensialının beynəlxalq səviyyədətanınmasının mühüm göstəricisidir.
Şuşanın sabahı – Böyük Qayıdışın və milli dirçəlişin təntənəsi
Bu gün Şuşada aparılan quruculuq işlərinin əsas məqsədi şəhəri əvvəlki tarixi şöhrətinəqaytarmaqla yanaşı, burada müasir və rahat yaşayış mühiti yaratmaqdır. Yeni yaşayışkompleksləri, sosial obyektlər, səhiyyə və turizm infrastrukturu, tarixi abidələrin bərpasışəhərin hərtərəfli inkişafına xidmət edir.
Ən mühüm hadisələrdən biri isə doğma yurdlarına qayıdan sakinlərin Şuşada yenidənməskunlaşmasıdır. Çünki şəhərin həqiqi dirçəlişi yalnız binaların tikilməsi və abidələrinbərpası ilə deyil, burada həyatın yenidən canlanması, ailələrin öz ocaqlarına qayıtması, uşaqların doğma şəhərlərində böyüməsi ilə ölçülür.
Şuşanın gələcək inkişafı Azərbaycanın ümumi tərəqqisi, Qarabağ və Şərqi Zəngəzuruniqtisadi potensialının reallaşdırılması, milli-mədəni irsin qorunması və ölkəmizinbeynəlxalq nüfuzunun artırılması ilə sıx bağlıdır.
8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın yaddaşında yalnız hərbi Qələbənin ildönümükimi deyil, həm də milli birliyin, dövlətçilik qüdrətinin, tarixi ədalətin və Vətən sevgisinintəcəssümü kimi yaşayır.
Şuşa bir daha sübut etdi ki, xalq öz tarixinə, milli dəyərlərinə və torpağına bağlı olduqda, qarşısına qoyduğu ən çətin məqsədlərə belə nail ola bilər. Bu Qələbənin arxasındaşəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi dayanır.
Bu gün Şuşa azaddır, dirçəlir, yenidən yaşayır və gələcəyə inamla addımlayır. Onun hərbir küçəsində, hər bir bərpa olunan abidəsində, hər bir yeni tikilidə Azərbaycan dövlətiningücü, xalqımızın əzmi və tarixi torpaqlarına bağlılığı təcəssüm olunur.
Şuşanın azad edilməsi tariximizin Zəfər zirvəsi, onun dirçəldilməsi isə gələcəknəsillər qarşısında milli məsuliyyətimizin təntənəsidir.
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Sevinc Rəsulova,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi YAP təşkilatının sədri



