
Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündəki nitqi müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan rolunu və strateji baxışını nümayiş etdirən mühüm siyasi sənəd nitqindədir. Ölkəmizin AQEM-ə sədrliyi dövründə irəli sürülən prioritetlər təşkilatın transformasiya prosesinə təkan vermiş və üzv ölkələr arasında dialoqun keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına şərait yaratmışdır. Dövlət başçısı öz çıxışında çoxtərəfli diplomatiyanın və etimad quruculuğunun müasir dövrün çağırışlarına cavab vermək üçün ən effektiv vasitə olduğunu bildirmişdir.
Çıxışda Cənubi Qafqazda formalaşmış yeni geosiyasi vəziyyətə və post-münaqişə dövrünün reallıqlarına geniş yer verilmişdir. Azərbaycanın öz gücü ilə bərpa etdiyi ərazi bütövlüyü və suverenliyi regionda uzunmüddətli sülhün bərqərar olması üçün tarixi şans yaratmışdır. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və regionun sülh zonasına çevrilməsi istiqamətində atılan addımlar barədə sammit iştirakçılarına ətraflı məlumat vermişdir.
İqlim dəyişikliyi, yaşıl enerjiyə keçid və ekoloji təhlükəsizlik məsələləri də dövlət başçısının nitqində xüsusi yer almışdır. Azərbaycanın qlobal iqlim təşəbbüslərindəki liderliyi və dayanıqlı inkişaf məqsədlərinə sadiqliyi AQEM platformasında da öz əksini tapmışdır. Prezident vurğulamışdır ki, iqtisadi artımla yanaşı, ətraf mühitin qorunması və bərpa olunan enerji mənbələrindən istifadə üzv dövlətlərin birgə fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.
Sonda Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan regional və qlobal səviyyədə təhlükəsizliyin, sabitliyin və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış etməyə davam edəcəkdir. AQEM üzvü olan dövlətlərin yekdil dəstəyi və fəal əməkdaşlığı sayəsində təşkilatın qarşıya qoyduğu məqsədlərə çatmaq və Avrasiya qitəsində təhlükəsiz gələcək inşa etmək mümkündür.
Nuray Kərimli,
YAP Nizami rayon təşkilatının fəalı



