Siyasət

Qardaş Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti Antalya valiliyində görüş keçirib

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Antalya valiliyində görüş keçirib.

Gundemws.az xəbər verir ki, görüşdə Antalya valisi Ersin Yazıcı, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və Milli Məclisin deputatları Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova çıxış edərək tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmləndiyini xatırladılıblar.

Bildirib ki, xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması iki ölkəni həmişə bir-birinə doğma edib.

Görüşdə Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyinin apardığı siyasətin nəticəsi olaraq daha yüksək səviyyəyə çatdığı və bu əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun inkişafına, sabitliyin bərqərar olmasına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button