Magistral Boru Kəməri ilə 700 Min İnsanın İçməli Su ilə Təminatı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri əhalinin dayanıqlı və keyfiyyətli su təminatını da əhatə edir. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri Həkəriçay su anbarının yaradılması və ondan qidalanacaq magistral boru kəmərinin çəkilməsidir. Layihənin reallaşdırılması nəticəsində Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təxminən 700 min insanın keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur.
Laçın rayonu bu layihə üçün xüsusi əhəmiyyət daşıyır. Rayonun zəngin su ehtiyatları və Həkəri çayının regionda mühüm su mənbələrindən biri olması burada müasir su infrastrukturunun yaradılması üçün əlverişli imkanlar yaradır. Həkəriçay üzərində inşa olunacaq su anbarının tutumunun 100 milyon kubmetr, faydalı həcminin isə 90 milyon kubmetr olması planlaşdırılır.
Layihə çərçivəsində təxminən 172 kilometr uzunluğunda magistral boru kəmərinin inşası nəzərdə tutulur. Bu kəmər vasitəsilə toplanacaq suyun müxtəlif yaşayış məntəqələrinə və rayonlara çatdırılması mümkün olacaq. Bu baxımdan layihə xüsusilə Böyük Qayıdış prosesinin həyata keçirildiyi Laçın üçün mühüm əhəmiyyət daşıyır. Rayonda yeni yaşayış məntəqələrinin salınması, insanların öz doğma yurdlarına qayıtması və sosial-iqtisadi infrastrukturun genişləndirilməsi suya olan tələbatı da artırır.
Laçında aparılan bərpa və quruculuq işləri nəticəsində şəhər və kəndlərdə yaşayış binaları, məktəblər, sosial obyektlər, yollar və digər infrastruktur yaradılır. Bu prosesin davamlı olması üçün müasir və etibarlı su təminatı vacib şərtlərdən biridir. Həkəriçay layihəsi bu baxımdan Laçının gələcək inkişafına mühüm töhfə verə bilər.
Layihənin digər mühüm tərəfi enerji istehsalı ilə bağlıdır. Magistral su xətti üzərində ümumi gücü 10,81 meqavat olan üç su elektrik stansiyasının yaradılması nəzərdə tutulur. Beləliklə, Həkəriçay layihəsi həm içməli su təminatının yaxşılaşdırılmasına, həm də su enerjisi potensialından səmərəli istifadəyə imkan yaradacaq.
Laçının dağlıq relyefi, çayları və zəngin təbii ehtiyatları rayonun su və hidroenerji potensialını artırır. Bu potensialdan müasir texnologiyalar əsasında istifadə edilməsi rayonun iqtisadi inkişafı üçün də yeni imkanlar yaradır. Su infrastrukturunun gücləndirilməsi kənd təsərrüfatı, turizm, yaşayış və digər sahələrin inkişafına müsbət təsir göstərə bilər.
Ümumilikdə, Həkəriçay su anbarı və magistral boru kəməri layihəsi yalnız bir su təsərrüfatı layihəsi deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafına xidmət edən strateji infrastrukturdur. Laçın rayonunda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə bu layihənin bir-birini tamamlam
Elxan İskəndərov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 142” ərazi partiya təşkilatının sədr müavini



