
Nizami Rayon İcra Hakimiyyətininəşkilatçılığı ilə 109 nömrəli tam orta məktəbində milli-mənəvi dəyərlər, tolerantlıq və ideoloji təhlükəsizlik mövzusunda tədbir keçirilib.
Aktualinfo Media Qrup tədbirdə Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Regional bölməsinin məsul əməkdaşı Nuru İmanov və 109 nömrəli tam orta məktəbin direktoru Gülnarə Bədəlova çıxış ediblər.
Çıxışlarda milli-mənəvi dəyərlərin cəmiyyətin inkişafında, milli kimliyin qorunmasında və sağlam gələcəyin formalaşmasında mühüm rolu vurğulanıb. Qeyd olunub ki, Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı tolerantlıq məkanı olub. Ölkəmizdə formalaşmış multikulturalizm ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi mühüm ictimai vəzifələrdəndir.
Eyni zamanda, müasir dövrdə ideoloji təhlükəsizliyin milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri olduğu diqqətə çatdırılıb. Xüsusilə gənclərin dini radikalizm, ekstremizm, yad və zərərli ideoloji təsirlərdən qorunmasının, onların düzgün dünyagörüşünə, milli dövlətçilik düşüncəsinə və sağlam vətəndaş mövqeyinə malik olmalarının vacibliyi qeyd edilib.
Həmçinin vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyası milli birliyimizin, dövlətçilik ənənələrimizin və cəmiyyətdə həmrəyliyin əsas ideoloji dayaqlarından biridir. Bu siyasi və ideoloji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli maraqların qorunması, dövlətə sədaqət, vətənpərvərlik və milli həmrəyliyin möhkəmləndirilməsi ideoloji təhlükəsizliyin əsas istiqamətlərindəndir.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




