AnalitikaGündəmSiyasət

Konstitusiya – milli suverenliyimizin və dövlət müstəqilliyimizin rəmzi

Müstəqillik hər bir xalqın ən böyük tarixi sərvəti, milli varlığının və gələcəkinkişafının əsas təminatıdır. Bu dəyərin qorunması isə güclü dövlətçilik ənənələri, milli birlik və möhkəm hüquqi əsaslar tələb edir. Azərbaycan xalqı əsrlər boyuazadlıq və müstəqillik arzusu ilə yaşamış, bu müqəddəs amal uğrunda böyüksınaqlardan keçmişdir. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası xalqımızınçoxəsrlik dövlətçilik tarixində yeni səhifə açmışdır. 12 Noyabr 1995-ci ildə qəbuledilən Konstitusiya isə müstəqil Azərbaycanın suveren hüquqlarını və dövlətçilikprinsiplərini hüquqi müstəvidə təsbit edərək bu tarixi yolun mühüm mərhələsinəçevrilmişdir.

Konstitusiya dövlətin müstəqilliyini yalnız bəyan edən deyil, onu hüquqi baxımdanmöhkəmləndirən ali sənəddir. Azərbaycan Respublikasının Konstitusiyasındadövlət suverenliyi, xalq hakimiyyəti, ərazi bütövlüyü və dövlət müstəqilliyininqorunması kimi fundamental prinsiplər öz əksini tapmışdır. Bu müddəalarAzərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu subyekt kimiiştirak etməsinin, milli maraqlarını müstəqil şəkildə müdafiə etməsinin və özinkişaf yolunu müəyyənləşdirməsinin hüquqi əsaslarını təşkil edir. Dövlətsuverenliyi xalqın öz taleyinə sahib çıxmaq, gələcəyini müəyyənləşdirmək və millisərvətlərini qorumaq hüququnun ifadəsidir.

Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlər dövlət müstəqilliyinin vəsuverenliyin nə qədər böyük əhəmiyyət daşıdığını bir daha sübut etmişdir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası milli tariximizin ənmühüm hadisələrindən biri kimi xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Buqələbənin arxasında güclü dövlət, xalq-iqtidar birliyi, milli həmrəylik vəAzərbaycan Ordusunun qəhrəmanlığı dayanır. Vətən uğrunda canlarından keçənşəhidlərimizin müqəddəs xatirəsi isə müstəqilliyimizin və suverenliyimizin hansıböyük fədakarlıqlar hesabına qorunduğunu daim xatırladır. Konstitusiyanınmüəyyən etdiyi dövlətçilik prinsipləri bu gün Azərbaycanın əldə etdiyinailiyyətlərin hüquqi və siyasi əsaslarından biridir.

Bu gün müstəqil Azərbaycan qarşısında dayanan əsas vəzifələrdən biri əldəedilmiş tarixi nailiyyətləri qorumaq, dövlətin iqtisadi və siyasi qüdrətini daha daartırmaq, suverenliyimizi gələcək nəsillərə etibarlı şəkildə ötürməkdir. Prezidentİlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin beynəlxalqmövqelərinin möhkəmləndirilməsinə, milli maraqların müdafiəsinə və davamlıinkişafına xidmət edir. Konstitusiya Günü hər bir vətəndaşa müstəqilliyin yalnıztarixi hadisə deyil, həm də gündəlik məsuliyyət olduğunu xatırladır. Dövlətimizinmüstəqilliyini qorumaq, qanunlara hörmət etmək və milli birliyimizimöhkəmləndirmək hər bir azərbaycanlının müqəddəs vəzifəsidir.

Tural Məmmədov,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button