Analitika

Həm Azərbaycan, həm Qırğızıstan türkdilli dövlətlər sırasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir

Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. Bütün türk dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə və ənənələrə malikdirlər. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan–Qırğızıstan münasibətləri daha yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Onlar belə vacib missiyanın da öhdəsindən layiqincə gəlirlər. Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm Qırğızıstan türkdilli dövlətlər sırasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir.Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər də fəallaşıb, strateji tərəfdaşlığın tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub. AzərbaycanPrezidentinin Qırğızıstan Respublikasına səfəri bir daha onu göstərir ki, Azərbaycan ilə Qırğızıstan arasındakı bu münasibətlər çox yüksək səviyyədə qurulmuşdur. Bişkekdə keçirilən yüksək səviyyəli tədbirlərdə Qırğız Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın milli maraqlarının təmin edilməsinə və müdafiəsinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətinizi xüsusilə qeyd edib. O, xüsusilə vurğulayıb ki, qırğız xalqı  üçün qardaş Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri mühüm əhəmiyyət kəsb edir.

Qısa müddət ərzində qarşılıqlı istəklər sayəsində reallığa çevrilmiş Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı iki qardaş xalqın tarixi əlaqələrinin möhkəmləndirilməsinin gözlə görünən parlaq sübutudur. Bu, xalqlarımız arasında dostluq münasibətlərinin və təkcə siyasi, iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlıqda mühüm hadisədir.  Bu park qədim münasibətlərimizin, dərin tarixi, mənəvi və əxlaqi kökləri, dəyərləri, ənənələri olan ölkələrimizin möhkəm dostluq və qardaşlıq rəmzidir.

Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixi kökləri var: Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Əminik ki, ortaq köklərə, ortaq mədəni irsə malik olan qardaş xalqlarımız bütün sahələrdə – həm iqtisadiyyat, həm investisiya, nəqliyyat, energetika, mədəniyyət sahələrində xalqlarımızın rifahı və ölkələrimizin gələcəyi naminə iki qardaş kimi çiyin-çiyinə irəliləyəcək.

Günel Əbdürəhmanova,
Yap-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button