Füzulinin Azadlığı – Şəhidlərimizin Əbədi Xatirəsi

Füzuli şəhərinin işğaldan azad olunması böyük sevinc və qürurla yanaşı, dərin hüzn hissi də doğurur. Bu qələbənin əldə edilməsində yüzlərlə qəhrəmanımızın fədakarlığı dayanır. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək adlarını tarixə yazdırdılar.
Şəhidlər Vətənimizin ən qiymətli sərvəti olan azadlıq uğrunda həyatlarını qurban verdilər. Onların hər biri bir ailənin övladı, bir ananın ümidi və bir xalqın qəhrəmanı idi. Füzulinin azadlığı şəhidlərimizin müqəddəs amalının gerçəkləşməsi deməkdir.
Vətən müharibəsi zamanı Azərbaycan xalqı şəhid ailələrinə böyük hörmət və ehtiram göstərdi. İnsanlar birlik nümayiş etdirərək bir-birinə dayaq oldular. Şəhidlərimizin xatirəsi ölkəmizin hər bir bölgəsində ehtiramla yad edilir.
Füzulinin azadlığı uğrunda döyüşən qəhrəmanlarımızın xatirəsini qorumaq hər bir vətəndaşın mənəvi borcudur. Onların həyat yolu məktəblərdə, ailələrdə və müxtəlif tədbirlərdə gənc nəslə çatdırılmalıdır. Beləliklə, qəhrəmanlarımızın göstərdiyi şücaət heç vaxt unudulmayacaqdır.
Bu gün Füzulidə dalğalanan Azərbaycan bayrağı şəhidlərimizin qanı bahasına əldə edilən qələbənin rəmzidir. Hər bir azərbaycanlı bu torpaqların azadlığı uğrunda canından keçən qəhrəmanları minnətdarlıqla xatırlayır. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Ramin Ələkbərov,
YAP Nizami rayon təşkilatının fəalı


