Analitika

Füzüli indi yenidən qurulur

Prezident İlham Əliyevin cari ilin 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə çıxış edən möhtərəm Prezidentimiz bir sıra məsələlərə toxunub. Dövlətimizin başçısı qeyd edib ki, Füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq.

Böyük Qayıdış Proqramı artıq tam gücü ilə işə düşüb və uğurla icra edilir. Bu Proqramın hazırkı – birinci mərhələsində 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər isə burada təqribən 2 minə yaxın insan yaşayacaq. İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma sürətlə işləri aparıldığı kimi Füzuli şəhəri də indi tamamilə yenidən qurulur. Füzulinin yeni siması göz oxşayır. Bu, yeni reallıqdır. Və keçmiş məcburi köçkün soydaşlarımız yeni tikilmiş mənzillərə qayıdır, uşaqlar yeni tikilmiş məktəblərə gedirlər. Füzulidə artıq rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Füzuli şəhərində inşa edilən beynəlxalq hava limanı nəticə etibarilə həm Füzulini Qarabağın hava qapısına çevirir, həm də bütövlükdə işğaldan azad olunmuş ərazilərimizin potensialından istifadə edilməsinə imkan yaradır. Şərqi Zəngəzur iqtisadi zonasına aparan dəmir və avtomobil yollarının tikintisi, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, “Zəfər yolu”nun, ikinci Füzuli-Şuşa avtomobil yolunun tikilməsi Füzulini Azərbaycan iqtisadiyyatı üçün ən müasir daşıma imkanları olan rayona çevirir. Zəngəzur dəhlizi açılacağı təqdirdə Füzuli rayonu həm də regional və beynəlxalq bazarlara çıxış baxımından rəqabətqabiliyyətli nəqliyyat qovşağına çevriləcək.

İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Füzulidə də yenidənqurma işləri aparılır. Hazırda Füzulidə birinci şəhərsalma layihəsi icra edilir. Burada şəhər tamamilə yenidən qurulur. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qayda.larını təsbit edir. Şəhərdə sakinlərin rahat yaşaması üçün bütün infrastruktur, şərait yaradılıb. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, ümumiyyətlə hər şey nəzərə alınıb.

Böyük Qayıdış Proqramı uğurla icra edilir. Nəzərdə tutulub ki, Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaqdır. Bütün layihələri icra edərkən, ilk növbədə mühüm əhəmiyyət kəsb edən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır. Məlumdur ki, şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən texnika, mal-qara ilə, bütün lazımi vasitələrini onlara təqdim etməklə kömək göstərəcəkdir.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button