Dövlət başçısının uğurlu siyasəti nəticəsində hər birimiz sevincli günlər yaşayırıq
Prezident İlham Əliyevin cari ilin 17 oktyabr tarixində “ Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilib. Sözsüz, həmin gün dədə-baba yurduna qayıdan sakinlərin xatirələrində necə də xoş təəsüratlarla qalacaq. Burada yeni ailələrin gəlişi , yeni-yeni doğulmuş körpələrin burada qalması şəhərə can verəcək. Ölkə başçısının sakinlərlə görüşündə maraqlı,bir o qədər də təsiredici danışıq oldu. Prezident İlham Əliyev dedi ki , necə gözəl gündür ki , siz mənə “xoş gəlmisiniz !” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram. Bəli , necə də sevinclidir , bu anları yaşamaq.. Sanki bəzilərimizə hələ də yuxu kimi gəlir , amma bu yuxu deyil reallıqdır.
Prezident İlham Əliyev Füzuli sakinləri ilə görüşündə bildirdi ki , “Füzulililərin gənc nəsli də öz doğma torpağına qayıtmağa qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”. Şahidiyəm , kiçiyindən –böyük yaşlı gənclərə qədər sakinlər hər zaman deyir ki , “ Biz gedək Qarabağa,torpaqlarımızı qoruyaq , orada yaşayaq, xalqa xidmət edək”. Bu kəlmələri eşitdikdə gözlərimiz dolur. Necə , vətənpərvər igidlərimiz var. Əminik ki , vətənimizin müdafiəsi uğrunda gənclər hər zaman sözlərini əminliklə deyəcək.
Dövlət başçısının uğurlu siyasəti nəticəsində hər birimiz sevincli günlər yaşayırıq. Bəli , hər şey qurulan strategiyanın nəticəsidir. Amma səbr etmək də burada ən önəmli məsələlərdən biri idi. Ani bir səhvimiz bizi uğura apara bilməzdi. Lakin Prezident İlham Əliyevin apardığı uğurlu siyasət torpaqlarından didərgin düşmüş sakinləri yenidən dədə-baba yurdlarına qaytardı. Hələ qarşıda bu torpaqlarda konsertlər , tədbirlər nələr–nələr görəcəyik. Dəmir yumruq ətrafında sıx birləşək , əziz xalqım. Qarabağ Azərbaycandır !
Ələkbər Saleh,
YAP-ın fəalı