Bu gün inamla, qətiyyətlə demək olar ki, Prezident İlham Əliyev dünyanın görkəmli dövlət xadimi və siyasi liderlərindən biridir
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırmışdır.
Fəxr edirik ki, Azərbaycanın İlham Əliyev kimi layiqli Prezidenti var. Dünyada xüsusi nüfuzu olan ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran, Azərbaycanın daxili və xarici siyasətini uğurla həyata keçirən, ölkəmizdə quruculuq-abadlıq işlərinin aparılmasında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yenidən qurulmasında cənab İlham Əliyevin misilsiz xidmətləri var. Bu gün siyasi aləmdə Onun kimi siyasətçi tapmaq çətindir. Çünki İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısıdır. O, ulu öndər Heydər Əliyev ideyalarını uğurla həyata keçirir. Bütün bunların nəticəsidir ki, Azərbaycan günü-gündən inkişaf edir, çiçəklənir və dünyada söz sahibinə çevrilib.
Prezident İlham Əliyev ölkəmizə böyük imic qazandıran, səmimi olduğu qədər də kəsərli, şəffaf olduğu qədər də şərəfli və xeyirxah dövlət eyirxah dövlət siyasətimizi bu cür səciyyələndirir: “Biz dediyimizi həmişə edirik. Onlar bilirlər ki, imzamızla sözümüz eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etimad məsələsidir və Azərbaycan böyük etimad qazanan ölkədir.”
Səmimi etiraf edək ki, bütün bu xoşbəxtlik və sevinc üçün biz ilk növbədə möhtərəm Prezidentimizə, cənab Ali Baş Komandana minnətdar olmalıyıq. Məhz onun xalqımızın milli maraqlarını qorumaq üçün əlindən gələni etməsi, heç bir təhdid, heç bir hədə, heç bir təzyiqə baxmayaraq, bizim haqq işimizi, vətənimizin, ərazi bütövlüyümüzün bərpa edilməsində cəsur olduğu qədər də uzaqgörən, dünyəvi siyasəti bizə bu sevincləri yaşatmağa imkan verdi. Ölkəmizin XXI əsrin əvvəllərindən start götürən ecazkar yüksəlişi və çoxəsrlik tariximizin ən şərəfli səhifələrindən birinə çevrilən 2020-ci ilin Böyük Zəfər salnaməsi isə Prezident İlham Əliyevin müstəsna xidmətləri və şəxsi şücaəti sayəsində reallaşmışdır. Bu Qələbə xalqına layiq olan Liderin və liderinə sadiq olan Xalqın qəhrəmanlıq dastanını xatırladır. Hər bir Lider öz xalqının yetirməsi, hər bir ölkə Liderinin əsəridir.
İndi dünyada elə bir azərbaycanlı tapmaq mümkün deyil ki, Uğurlu siyasətin uğurlu varisi, Qalib Ölkənin qəhrəman xalqının Lideri olan öz Prezidenti ilə fəxr etməsin. Bu isə dövlət başçısına olan böyük Xalq Sevgisidir. Siz bu xalqı təkcə xilas etmədiniz, Siz bu xalqı bir böyük ailəyə çevirdiniz. Bu ailənin başçısı, müdafiəçisi, sabahı, inamı tək Sizsiz. Bugün güclü, müstəqil, abad, azad və firavan yaşayan, öz gücünü, birliyini, mübarizliyini, əzmini dünyaya çatdıran, uğurları ilə hər kəsi lərzəyə salan və qəlblərdə iz buraxan bu azad ölkə, bu dəmir əzmli dövlət məhz Cənab Prezident İlham Heydər oğlu Əliyevin uğurlu əsəridir!
Cənab Prezident İlham Əlyev: “Bizim Sözümüz İmzamız qədər Dəyərlidir” şüarına əsaslanaraq biz bir Xalq olaraq bir yumruq kimi birləşərək bu şərəfli işdə də Dövlət başçımızın bütün atdığı addımlardan əminik və onu hər zaman dəstəkləyirik.
Abbasova Yeganə,
YAP-ın fəalı