Analitika

Azərbaycanın qonşu ölkələrlə münasibətləri yüksələn xətlə davam edir

Son illər Azərbaycanın artan iqtisadi imkanları, siyasi müstəvidə qazandığı uğurları göz qabağındadır. Dünya ölkələri prezident İlham Əliyevin uğurlu xarici siyasəti haqda müzakirələr aparır. Bu da bizi sevindirir. Əvvəllər siyasi arenada adı çəkilməyən ölkəmiz, hazırda bu müstəvidə söz deyən ölkələrdən biridir. Əlbəttə, burada bir kuliminasiya nöqtəsi var. Ulu Öndər Heydər Əliyevin dəsti-xəttini davam etdirən prezident İlham Əliyev hazırda dövlətlərlə sıx əlaqədədir.Görüşlər isə ölkələrarası münasibətlərin daha da genişlənməsinə hesablanıb.

Azərbaycanın qonşu ölkələrlə münasibətləri yüksələn xətlə davam edir. Gürcüstanla olan əlaqələrimiz də xüsusi əhəmiyyət kəsb edir. Tarixə nəzər salsaq, Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlayıb.

Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyi dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda, keçirilən konfranslarda və digər rəsmi mərasimlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Çünki reallıq qəbul edilməlidir. Təəsüf ki, hələ də çox dövlətlərə suveren əraziləri olan ölkənin ərazilərini tanımaq xoş gəlmir. Ola bilər, tarixən hər zaman zərbə altında olublar deyə müstəqil ölkələrin, dostluqların olduğunu həzm edə bilmirlər.

8 oktyabr tarixində Tbilisidə keçirilən Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin görüşündə enerji və nəqliyyat sahəsində daha da geniş əməkdaşlıq planlarının olacağı vurğulanıb. Hazırda birgə keçirilən layihələr nəticəsidir ki, bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir . Sözsüz, aparılan danışıqlar qarşıdakı zamanlarda əlaqələrin daha da yaxşılaşmasına, əməkdaşlığın daha da genişlənməsinə hesablanıb. Böyük uğurlarından biri isə bu gün Azərbaycan-Gürcüstanı birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Layihənin həyata keçirilməsinin nəticəsi isə həm bizim , həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Düşünürəm ki , bundan sonra da dövlətlərarası münasibətlərimiz yüksələn xətlə davam edəcək, yeni-yeni planlarla gələcəyə doğru addımlar atılacaq.

Ələkbər Saleh,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button