Analitika

Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi Ümummilli Lideri var

Heydər Əliyev – Azərbaycan müstəqilliyinin tarixi yaradıcısıdır. O, neçə ömürlər bəs edən bir ömür yaşamışdır. Qarşılaşdığı bütün dramatik şəraitlərdən, çıxılmaz və ağır anlardan o, yalnız qalib kimi çıxmışdır.

Heydər Əliyev totalitarizm labirintlərindən Azərbaycanı məharətlə və salamat çıxarmış. SSRİ dağıldıqdan sonra isə Azərbaycanın siyasi liderinin təcrübəsindən bir daha yararlandı.

O, nəinki ölkədə stabilliyi bərqərar etdi, həmçinin, Azərbaycanı dünya arenasında sayılıb-seçilən ölkələr içərisinə çıxardı.

Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1944-cü ildən orqan sistemlərində işə qəbul olunmuşdur. Sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri, Azərbaycan Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər kabinetinin sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir. 1993-cü ilin oktyabr ayında müstəqil Azərbaycanın sayca üçüncü prezidenti seçilmişdir.

Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəparçalan.Ölkənin parçalanma təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanların öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

Bütün bunlarla yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi strategiyasını da hazırladı. Torpaqlarımızı azad görmək onun ən böyük arzusu idi.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth eedəcəkdir.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button