Analitika

Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib

Azərbaycan Respublikasının xarici ticarət əlaqələrini nəzərdən keçirsək görərik ki, ən sıx ticarət əlaqələri Müstəqil Dövlətlər Birliyi və Avropa İttifaqına üvz dövlətlərlə həyata keçirilmişdir. Azərbaycanın MDB dövlətləri ilə sıx ticarət əlaqələrinin mövcudluğu əvvəlki dövrdə Sovet İttifaqının tərkibində olması ilə əlaqədar idi. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan azad iqtisadi əlaqələr qurması nəticəsində MDB dövlətləri ilə ticarət əlaqələri zəifləmiş, əksinə Aİ dövlətləri ilə ticarət əlaqələri daha da güclənmişdir. Buna səbəb Azərbaycanın Avropa bazarında mövqeyinin güclənməsi və uğurlu neft siyasəti nəticəsində Azərbaycan neftinin daha çox Avropa ölkələrinə ixrac edilməsi olmuşdur. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. 1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda Fəxri Konsulunu təyin edib. 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi əşyaları Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

Hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. 29 oktyabr 2004-cü ildə Qırğızıstan BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin Baş Məclisin cari gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Qırğızıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu dövlət münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Belə ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə Bişkek şəhərində imzalanıb.”Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər tutulur.”Cənab Prezident İlham Əliyev öz çıxışında bildirib.

Leyla Fətəliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button