Analitika

Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib

“Bakıda keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclası MDB ölkələri arasında qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi işinə xidmət edəcək və gələcək əməkdaşlığa daha bir töhfə olacaq. Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və ən əsası təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Heç şübhəsiz təhlükəsizlik orqanları arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir, çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və MDB ölkələrinin sabitliyi və təhlükəsizliyi bu strukturların operativ işindən asılıdır”.

Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını görüşdə bir çox mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunub, bir sıra məsələlərə aydınlıq gətirib. Dövlət başçımız dünyada və regionda öz mənafeləri naminə qeyri-konstruktiv və təxribatçı mövqedən çıxış edər ölkələr, xüsusilə Fransanın mövqeyindən danışıb. Fransanın 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynadığını qeyd edən cənab Prezident İlham Əliyev bildirmişdir ki, bu dövlətin Azərbaycanın ünvanına səslənən çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb, öz ərazisində döyüşüb, separatizmi aradan qaldırıb, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl edib. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub.

Onun sözlərinə görə, indi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır. Əgər bu siyasət birtərəfli xarakter daşımırsa və qərəzli deyilsə, Azərbaycan bu cəhdləri qəbul edə bilər. Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına, sülh sazişi üzərində işi davam etdirməyə hazırdır. Çünki Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılması üçün hər zaman ardıcıl mövqe nümayiş etdirib.

Oxşar Xəbərlər

Back to top button