AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan Cənub-Şərqi Asiyaya əlaqələrini genişləndirir: Bakıda strateji görüş

Oktyabrın 12-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Kamboca Krallığının Baş naziri Hun Manet arasında rəsmi görüş keçirilib. Yüksək səviyyəli bu səfər iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı və strateji əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Rəsmi qarşılanma mərasimindən sonra dövlət və hökumət başçıları əvvəlcə məhdud, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparıblar.

Görüş zamanı Prezident İlham Əliyev Kamboca nümayəndə heyətini salamlayaraq, Azərbaycan və Kamboca xalqları arasında dostluq və həmrəylik ənənələrinin olduğunu vurğulayıb. Söhbət əsnasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın gələcək perspektivləri ətraflı müzakirə olunub.

Tərəflər ticarət və iqtisadi əlaqələrin canlandırılmasının, həmçinin qarşılıqlı sərmayə qoyuluşunun vacibliyini qeyd ediblər.Tərəflər ticarət dövriyyəsinin artırılması və müxtəlif sahələrdə birgə istehsal müəssisələrinin yaradılması imkanlarını nəzərdən keçiriblər.Energetika sektorunda təcrübə mübadiləsi və mümkün əməkdaşlıq addımları müzakirə edilib. Azərbaycan və Kamboca tələbələrinin qarşılıqlı təhsil alması ənənəsinin bərpa edilməsi, müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin gücləndirilməsi razılaşdırılıb.Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməyin önəmini vurğulayıblar. Kamboca tərəfi Azərbaycanın Asiyada Parlamentlərarası Assambleyaya və regional təşəbbüslərə inteqrasiyasını dəstəklədiyini bəyan edib.

Görüşün yekununda iki ölkə arasında iqtisadi-ticarət əlaqələrini normativ-hüquqi baza ilə təmin edən çərçivə sazişi daxil olmaqla mühüm sənədlər mübadilə edilib.

Mətbuat üçün bəyanatla çıxış edən liderlər keçirilən danışıqların məhsuldar olduğunu və gələcək tərəfdaşlıq üçün möhkəm zəmin yaratdığını bildiriblər. Baş nazir Hun Manet göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək Prezident İlham Əliyevi Kambocaya rəsmi səfərə dəvət edib. Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərini genişləndirmək strategiyası çərçivəsində baş tutan bu səfər, Bakı ilə Pnompen arasında iqtisadi, siyasi və humanitar sahələrdə yeni imkanlar pəncərəsi açır.

Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr 

Oxşar Xəbərlər

Back to top button