
Üçrəngli Azərbaycan bayrağı xalqımızın azadlıq vəmüstəqillik arzularının, milli kimliyimizin vədövlətçilik tariximizin ən müqəddəs rəmzidir. İllərləişğal altında qalan torpaqlarımızda bu bayrağınyenidən dalğalanması hər bir azərbaycanlının ən böyükarzularından biri olub. 8 Noyabr – Zəfər Günü həminarzuların gerçəkləşdiyi, xalqımızın qürurunun yenidənyüksəldiyi tarixi gündür. Bu gün Azərbaycan bayrağıQarabağın dağlarında, şəhərlərində və kəndlərindəqürurla dalğalanaraq ölkəmizin suverenliyini, gücünüvə sarsılmaz iradəsini dünyaya nümayiş etdirir.
Vətən müharibəsi zamanı Azərbaycan əsgərləriningöstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi izqoyub. Onlar ən çətin döyüş şəraitində belə geriçəkilmədən, böyük inam və qətiyyətlə irəliləyərəktorpaqlarımızın azadlığı uğrunda mübarizə aparıblar. Hər bir uğurlu əməliyyat, azad edilən hər bir yaşayışməntəqəsi xalqımızın qələbəyə olan inamını daha damöhkəmləndirib. Döyüş meydanında yüksələnAzərbaycan bayrağı yalnız hərbi qələbənin deyil, həmdə illərlə qorunub saxlanılan milli ruhun və tarixiyaddaşın təntənəsi olub.
Zəfərimizin qazanılmasında Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi, Azərbaycan Ordusununpeşəkarlığı və xalqımızın sarsılmaz dəstəyi mühüm roloynayıb. Bu tarixi qələbə ölkəmizin beynəlxalqnüfuzunu daha da artırıb, Azərbaycanın öz millimaraqlarını qorumaq əzmində olduğunu bir daha sübutedib. Şəhidlərimizin fədakarlığı, qazilərimizinqəhrəmanlığı və hər bir əsgərimizin döyüş əzmi bugünün əsas mənəvi dayaqlarıdır. Onların sayəsində bugün azad torpaqlarda üçrəngli bayrağımız dalğalanır, milli himnimiz səslənir, dövlət rəmzlərimiz öz doğmaməkanlarında ucalır.
Azərbaycan bayrağının Qarabağ səmasındadalğalanması gələcək nəsillər üçün böyük mənəvidəyər daşıyır. Bu bayraq bizə Vətənin hər qarışının nəqədər qiymətli olduğunu, azadlığın böyük fədakarlıqlarbahasına əldə edildiyini xatırladır. Bu gün azad edilmişərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, yeniyaşayış məntəqələrinin salınması və keçmiş məcburiköçkünlərin doğma yurdlarına qayıdışı Zəfərimizindavam edən təntənəsidir. Bayrağımız daim yüksəklərdədalğalansın, Azərbaycanımızın qüdrəti və ərazibütövlüyü əbədi olsun!
Murad İsmayılov,
YAP Xəzər rayon təşkilatının fəalı



