GündəmSiyasətSosial

Aprel döyüşləri şəhidi Urfan Vəlizadənin xatirəsi yad edilib

01 noyabr 2026-cı il tarixində Hərbi Memorial Məzarlıqda aprel döyüşləri şəhidi Vəlizadə Urfan Uzeyir oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət edilib.

Aktualinfo Media Qrup xəbər verir ki,anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahsultan Həsənov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, RİHBA-nın məsul əməkdaşları, Nizami bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, Hərbi Hava Qüvvələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, aprel ayının 2-dən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı Milli Ordunun zabiti, Mİ-24 helikopterinin pilotu mayor Vəlizadə Urfan Uzeyir oğlu şəhid olmuşdur.

Oxşar Xəbərlər

Back to top button