AnalitikaGündəmSosial

8-ci Məşvərət görüşü

Türkmənistanın Türkmənbaşı şəhərində keçirilənAzərbaycan Respublikası və Mərkəzi Asiya DövlətBaşçılarının 8-ci Məşvərət görüşü Azərbaycanın regiondövlətləri ilə münasibətlərinin yeni inkişaf mərhələsinəyüksəldiyini bir daha nümayiş etdirdi. Prezident İlhamƏliyevin görüşdəki çıxışı Azərbaycanın Mərkəzi Asiyaölkələri ilə qurduğu çoxşaxəli və qarşılıqlı etimadaəsaslanan əlaqələrin mahiyyətini aydın şəkildə ortayaqoydu. Azərbaycanın ötən ilin noyabrında bu formatatamhüquqlu üzv kimi qəbul edilməsi ölkəmizinMərkəzi Asiya ilə münasibətlərində tarixi dönüşnöqtəsi olmaqla yanaşı, vahid geosiyasi və geoiqtisadiməkanda əməkdaşlığın daha geniş imkanlarqazanmasına şərait yaradıb. Bu gün AzərbaycanlaMərkəzi Asiya ölkələri arasında əlaqələr yalnızdiplomatik münasibətlərlə məhdudlaşmır, iqtisadiyyat, nəqliyyat, enerji, investisiya və humanitar sahələriəhatə edən geniş əməkdaşlıq platformasına çevrilir.

  Prezident İlham Əliyev çıxışında AzərbaycanınMərkəzi Asiya dövlətləri ilə iqtisadi-ticari əlaqələrininsürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ötən ilAzərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarətdövriyyəsinin 50 faizdən çox artması, ölkəmizdəhəmin dövlətlərin kapitalı ilə 400-dən artıq şirkətinfəaliyyət göstərməsi qarşılıqlı iqtisadi maraqların realnəticələrə çevrildiyini göstərir. Azərbaycan tərəfindənQazaxıstan, Özbəkistan və Qırğızıstanla birgəinvestisiya fondlarının yaradılması isə münasibətlərinyeni keyfiyyət mərhələsinə keçdiyindən xəbər verir. Burada əsas məqsəd yalnız ticarət əlaqələrinigenişləndirmək deyil, birlikdə investisiya qoymaq, istehsal müəssisələri yaratmaq, sənaye əməkdaşlığınıgücləndirmək və dünya bazarlarına birgə çıxmaqdır. Belə yanaşma region ölkələrinin iqtisadi potensialınınbir-birini tamamlamasına, yeni iş yerlərininyaranmasına və davamlı inkişaf üçün möhkəm zəminformalaşmasına xidmət edir.

  Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığınmühüm istiqamətlərindən biri isə nəqliyyat və enerjisahələridir. Xəzər dənizi bu coğrafiyada ölkələribirləşdirən təbii körpü olmaqla yanaşı, beynəlxalqticarət yollarının mühüm hissəsinə çevrilir. Azərbaycanın inkişaf etdirdiyi liman, dəmir yolu, avtomobil yolları və digər nəqliyyat infrastrukturu OrtaDəhlizin imkanlarının genişlənməsinə xidmət edir. Eyni zamanda, “Rəqəmsal İpək Yolu” layihəsi, Xəzərindibi ilə fiber-optik xətlərin yaradılması, Mərkəzi Asiyaenerji resurslarının beynəlxalq bazarlara çıxarılması vəQazaxıstan-Özbəkistan-Azərbaycan yaşıl enerji dəhliziistiqamətində görülən işlər gələcəyə hesablanmışstrateji baxışın ifadəsidir. Bu əməkdaşlığın təməlindəisə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlikdayanır. Məhz bu möhkəm təməl üzərində Azərbaycanvə Mərkəzi Asiya dövlətləri qarşıdakı illərdə dahaböyük layihələrə, daha sıx tərəfdaşlığa və ortaq rifahadoğru inamla irəliləyirlər.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button