17 oktyabr nəinki fizulilərin xatirəsində, yaddaşında əbədi qalacaqdır
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı, 30 ilə yaxın düşmən əsarətində qalan ərazilərimiz işğaldan azad edildi. Azərbaycan ordusunun şanlı Zəfəri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdən biri də Füzuli şəhəri və ətraf kəndlərimizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qələbələri xalqa böyük qürurla çatdırırdı, xalq bu qələbələri böyük qürurla yaşayırdı.Tarixi Zəfərimiz yeni tarixlər yaratdı. Artıq işğaldan azad edilən şəhərlərdə şəhər günlərinin keçirilməsinə başlanılıb. Bu günlər Azərbaycan Ordusunun qüdrətini tarixləşdirən günlər oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə oktyabrın 17-də işğaldan azad edilən digır şəhərlərlə yanaşı Füzuli şəhərinin də işğaldan azad olunduğu gün “Füzuli Şəhəri Günü” kimi qeyd edildi. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edirdi. Azərbaycan Ordusu peşəkarlığı və mərdliyi ilə düşməni qorxuya salmışdı. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur.
Bu gün artıq Füzuli sakinləri öz torpaqlarına qaydırlar. Onlar 30 əvvəlki kimi yaşayb, yaradacaq, öz məşğuliyyətlərini davam etdirəcəklər. Füzuli rayonu da Azərbaycanın iqtisadi, aqrar və digər sahələrdə inkişafına öz töhfəsini verəcək. Burada əhalinin işlə təmin olunması üçün də tədbirlər görülür. Bu haqda dövlətimizin başçısı belə deyib: “Özünüməşğulluq proqramı icra ediləcək ki, bütün ərazilərdə həyat qaynasın. Müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək”. İqtisadi amilin nəzərə alınması, əhalini bu torpaqlara daha da bağlayacaq. Necə deyərlər, əhali öz torpaqlarında yaşayıb, öz torpaqlarında qazanacaq. Bunun üçün onlara rahat şərait yaradılıb. Cənab Prezident füzulililərələ görüşdə bu haqda danışıraq öz fikir və tövsiyələrini verib. İşğaldan azad olunmuş ərazilərdə insanların rahat yaşaması dövlətin prioritet vəzifələrindəndir. Bu baxımdan bütün layihələri icra edərkən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atırki, burada yerləşən insanların məşğulluq imkanları yüksək səviyyədə olsun. Həm şəhərin özündə, həm də kəndlərdə yaşayacaq vətəndaşlar dövlət tərəfindən mavafiq avadanlıqlar, texnika, mal-qara, bütün lazımi vasitələrlə təmin olunacaqdır. Bu ərazilərdə xüsusi özünüməşğulluq proqramı icra ediləcəkdir ki, qısa zaman ərzində nəticə əldə olunsun. Və müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcəkdir.
Dağlıq Qarabağ münaqişəsi artıq başa çatmış, tarixə çevrilmişdir. Bu gün bizim yaşadığımız bu tarix olduğu kimi, təhrif olunmadan xalqın yaddaşında qalmalı, gələcək nəsillərə çatdırılmalıdır.
Rzayeva Səba,
YAP-ın gənc fəalı