Heydər Əliyevin müxtəlif iqtisadi formalarda, toplantılarda etdiyi çıxışlar və söylədiyi nitqlər həlledici rol oynamışdı
Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri — müstəqil Azərbaycan, əbədi azadlıq bəxş etdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi.
“Azərbaycanda gərginlik tək Qarabağ problemi, yəni Ermənistanın təcavüzü ilə əlaqədar deyil. Təəssüf ki, gərginliyi yaradan səbəblərdən biridə,ölkəmizdə uzun illər bir yerdə yaşayan millətlər, etnik qruplar arasında münasibətlərin bir qədər pozulmasıdır.
Heydər Əliyevin müasir Azərbaycan dövlətinin hüquqi pasportu olan 1995-ci il Konstitusiyası haqqında dediyi fikirlər elə 1970-ci illərdə irəli sürdüyü “qanunun aliliyi” prinsipinin yeni siyasi mərhələdəki davamı idi: “Bizim Konstitusiyamız, qanunlarımız hər bir siyasi partiyanın, hər bir siyasi qurumun, hər bir təşkilatın Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərməsini tələb edir. Hamı qanuna tabe olmalıdır, heç kəs qanunu pozmamalıdır, heç kəs özü üçün müstəsna hüquq tələb etməməlidir. Buna heç kəsin haqqı yoxdur”. Ümummilli liderin qanunun aliliyinə verdiyi dəyər hüquqi dövlətin mayasını təşkil edən prinsiplər üzərində qurulmuşdur: “Şəxsiyyətindən, keçmiş xidmətlərindən, adından-sanından asılı olmayaraq, hər kəs qanuna tabe olmalıdır. Qanunun aliliyi hamı üçün eyni olmalıdır: adi vətəndaş üçün də, vəzifəli şəxs üçün də, Prezident üçün də”. Heydər Əliyevin təqdimatında qanunun aliliyi sosial statusundan, vəzifə mövqeyindən, hər hansı imtiyaz və ya xidmətlərdən asılı deyildir: “Kimin nə qədər böyük xidməti olsa da, kim nə qədər böyük hünər, cəsarət sahibi olsa da, nə qədər ülvi amalı olsa da, cəmiyyət üçün gərəkli və dəyərli adam olsa da, onların hamısı qanuna tabe olmalıdır”. Və yaxud: “Qanun hamı üçün qanundur. Həm adi vətəndaş üçün, həm hakimiyyət məmuru üçün, həm dövlət məmuru üçün, həm əlil üçün, həm də şəhid ailəsi üçün”. O, qanuna riayət etməyənlər haqqında müsbət və loyal mövqedə olanların davranışını hətta öz xalqına xəyanət səviyyəsində qiymətləndirirdi: “Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir”. Çünki bir çox şeylər kimi qanunun aliliyinin təmin edilməsi üçün davamlı və daimi sistematik proses təmin edilməlidir. Hüquqi dövlət qurarkən gələcək nəsillərin məhz bu ali ideyalar işığında fundamental tərbiyəsinin nəzəri əsasları da elə bu gün nəzərə alınmalıdır ki, hüquqi dövlət ideyası heç vaxt varislik problemi ilə üzləşib deformasiyaya uğramasın.
Azərbaycan iqtisadiyyatının gələcək inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin müxtəlif iqtisadi formalarda, toplantılarda etdiyi çıxışlar və söylədiyi nitqlər həlledici rol oynamışdı. Bu baxımdan Heydər Əliyevin müntəzəm olaraq keçirilən “Xəzər neft-qaz” sərgisinin 1996-cı ildəki açılış mərasimində etdiyi çıxışı diqqətə layiqdir. Bu çıxışların hamısında Azərbaycanın iqtisadiyyatının bütün dünyaya açıq olması, onun dünya iqtisadiyyatına inteqrasiya etmək istəyini nümayiş etdirmək məqsədi güdüldüyü aydın görünür. Çıxışlarının birində deyir: “Biz, məhz bu yolla dönmədən gedəcək, azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsiplərini Azərbaycanda dönmədən həyata keçirəcəyik, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə inteqrasiyasının inkişafı üçün bütün ölkələrlə və dünyanın bütün şirkətləri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq edəcəyik.
İslam Bafadarov,
YAP-ın gənc fəalı