
Azərbaycan tarixində elə günlər var ki, onlar yalnız təqvimdəki bir tarix deyil, bütöv bir xalqın yaddaşında, milli qürurunda və dövlətçilik salnaməsində xüsusi yertutur. 25 Noyabr – Kəlbəcər şəhəri günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gündoğma torpağa qayıdışın, tarixi ədalətin bərpasının, milli iradənin və Azərbaycandövlətinin gücünün təcəssümüdür.
Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər zəngin tarixi, füsunkar təbiəti, mineral su ehtiyatları, dağları, meşələri və çoxəsrlik mədəni irsi iləseçilir. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər işğala qədər ölkəmizin ərazibaxımından ən böyük rayonlarından biri olmuş, burada on minlərlə insan yaşamış, özünəməxsus adət-ənənələr, zəngin təsərrüfat və mədəni həyat formalaşmışdır. İstisumineral bulaqları, qədim alban məbədləri, tarixi abidələri, qayaüstü təsvirləri və təbiigözəllikləri Kəlbəcərin Azərbaycan xalqının milli-mədəni irsindəki mühüm yerinimüəyyənləşdirir.
Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərinişğal edilməsi rayonun tarixində ağır və faciəli bir səhifə açdı. İşğal nəticəsində dincəhali doğma yurd-yuvalarını tərk etməyə məcbur oldu, insanların həyatına son qoyuldu, yüzlərlə tarixi və mədəni abidəyə, yaşayış evlərinə, sosial infrastruktura ciddi ziyandəydi. Kəlbəcər sakinlərinin illərlə davam edən yurd həsrəti yalnız bir ərazinin itirilməsideyil, həm də ailələrin, nəsillərin öz doğma torpağından ayrı düşməsi demək idi.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycanın ərazi bütövlüyününqorunması, Ermənistanın hərbi təcavüzünün beynəlxalq ictimaiyyətə çatdırılması vəişğal olunmuş torpaqların azad edilməsi daim mühüm yer tutmuşdur. Kəlbəcərinişğalından sonra Heydər Əliyev beynəlxalq ictimaiyyətə ünvanladığı bəyanatlardaErmənistanın təcavüzünü qətiyyətlə pisləyir, işğalçı qüvvələrin Azərbaycanərazilərindən çıxarılmasını tələb edirdi. 1993-cü il iyulun 5-dəki bəyanatında o, Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsininqəbul edilməsinə baxmayaraq, onun tələblərinin yerinə yetirilmədiyinə diqqət çəkərəkbeynəlxalq ictimaiyyətin bu məsələyə münasibətini sərt şəkildə tənqid etmişdi. Bumövqe Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinin dövlət siyasətinin dəyişməzprinsipi olduğunu bir daha nümayiş etdirirdi.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsiAzərbaycan xalqının birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütündünyaya nümayiş etdirdi. Şanlı Zəfərlə nəticələnən müharibədən sonra 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanaqaytarıldı. Beləliklə, 27 il davam edən işğala son qoyuldu, kəlbəcərlilərin doğma yurdaqayıdış arzusu gerçəkləşməyə başladı.
İşğaldan azad edildikdən sonra Kəlbəcərdə aparılan bərpa və quruculuq işləriyeni inkişaf mərhələsinin əsasını qoydu. Dövlətimizin başçısının bölgəyə mütəmadisəfərləri, infrastruktur layihələrinin icrası, yolların, elektrik və digər kommunikasiyaxətlərinin çəkilməsi, sosial obyektlərin inşası Kəlbəcərin gələcək inkişafına xidmət edir. 2022-ci ildə Kəlbəcər rayonunda yeni hərbi infrastruktur obyektlərinin istifadəyəverilməsi də bölgənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyətdaşıyır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrınKəlbəcər şəhəri günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlət səviyyəsindəəbədiləşdirilməsinə xidmət edir. Bu qərar həm də gələcək nəsillərə Kəlbəcərin keçdiyitarixi yolun, xalqımızın mübarizə əzminin və dövlətimizin qələbəsinin çatdırılmasıbaxımından xüsusi əhəmiyyət daşıyır.
25 Noyabr – Kəlbəcər şəhəri günü münasibətilə bu torpağın azadlığı uğrundacanından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizəminnətdarlığımızı bildiririk. Kəlbəcərin timsalında biz bir daha şahid oluruq ki, milli birlik, dövlətə sədaqət, tarixi yaddaşa bağlılıq və məqsədyönlü inkişaf siyasəti xalqın ən böyükhədəflərinin gerçəkləşməsində mühüm rol oynayır.
Kəlbəcər bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Dağların qoynundayenidən qurulan şəhər, doğma yurduna qayıdan sakinlər və həyata keçiriləngenişmiqyaslı layihələr Azərbaycanın gələcəyə inamla addımladığının göstəricisidir. Kəlbəcərin azadlığı ilə tarixə yazılan 25 Noyabr bundan sonra da milli yaddaşımızdaqayıdışın, dirçəlişin və əbədi doğmalığın rəmzi kimi yaşayacaqdır.
Lamiyə Süleymanova,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin böyük məsləhətçisi, YAP Nərimanov rayon Təşkilatının fəal üzvü



