
Azərbaycan Respublikasının Dövlət Bayrağı keçmişin şanlı tarixini, bu günün qürurunu və gələcəyin parlaq ümidlərini özündə birləşdirən əbədi simvoldur. Ölkəmizin qazandığı hər bir uğur, əldə olunan hər bir zəfər bu bayrağın şöhrətini daha da artırır. Azərbaycan xalqı əbədiyyətə doğru addımlayarkən bu müqəddəs rəmz hər zaman onun önündə dalğalanacaqdır.
Gələcəyin müstəqil, güclü və qüdrətli Azərbaycanı üçün hər birimiz var gücümüzlə çalışmalıyıq. Bu müqəddəs yolda üçrəngli bayrağımız bizim ən böyük mənəvi dayaqımız və ilham mənbəyimizdir. Onun ucalığı dövlətimizin qüdrətinin, xalqımızın isə azadlığının əbədi təntənəsidir.
Məmməd Əmin Rəsulzadənin və digər cümhuriyyət qurucularının ruhu qarşısında baş əyərək deyə bilərik ki, onların qaldırdığı bayraq heç vaxt enməyəcəkdir. Bu bayraq altında yaşayan qürurlu xalqımız hər zaman yeni zirvələr fəth edəcəkdir. Azərbaycan bayrağı əbədi olaraq azad və qürurlu səmalarda dalğalanacaqdır.
Dövlət Bayrağı Günü bizə bir daha xatırladır ki, bizim şanlı tariximiz, parlaq bu günümüz və əmin gələcəyimiz var. Bu bayram xalqımızın milli qürurunun və dövlətçilik sevgisinin sönməz məşəlidir. Üçrəngli bayrağımız əbədiyyətə qədər bizim şərəfimiz və şöhrətimiz olaraq qalacaqdır.
Nigar Məmmədova,
YAP Nizami rayon təşkilatının “Məhsəti Gəncəvi küçəsi, 7” ərazi partiya təşkilatının sədri



