AnalitikaGündəmSiyasət

Konstitusiya – dövlət və vətəndaş arasında etimad körpüsü

Dövlətin möhkəmliyi ilə vətəndaşın rifahı arasında qırılmaz əlaqə mövcuddur. Dövlət öz vətəndaşının hüquqlarını qoruduqda, onun təhlükəsizliyini və azadinkişafını təmin etdikdə cəmiyyətdə qarşılıqlı etimad formalaşır. Vətəndaş isəüzərinə düşən öhdəlikləri yerinə yetirməklə, qanunlara hörmət etməklə və ictimaihəyata fəal şəkildə qoşulmaqla dövlətin güclənməsinə töhfə verir. AzərbaycanRespublikasının Konstitusiyası dövlətlə vətəndaş arasında bu qarşılıqlımünasibətlərin hüquqi əsaslarını müəyyən edən ali sənəddir. 12 Noyabr – Konstitusiya Günü məhz həmin münasibətlərin mahiyyətini, hüquq və məsuliyyətanlayışlarının ayrılmazlığını bir daha xatırladır.

Konstitusiyada dövlətin əsas vəzifələrindən biri insan hüquq və azadlıqlarınınqorunması kimi müəyyən edilmişdir. Bu prinsip dövlətin fəaliyyətində insanamilinin prioritet olduğunu nümayiş etdirir. Vətəndaşların təhlükəsizliyinin təminolunması, onların mülkiyyət hüquqlarının qorunması, sosial müdafiə tədbirlərininhəyata keçirilməsi, təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarınıngenişləndirilməsi dövlət-vətəndaş münasibətlərinin mühüm istiqamətlərindəndir. Eyni zamanda hər bir vətəndaş Konstitusiya və qanunlara əməl etməli, dövlətrəmzlərinə hörmət göstərməli, Vətənin müdafiəsində iştirak etməli və digərinsanların hüquqlarına ehtiramla yanaşmalıdır. Bu qarşılıqlı məsuliyyət hüquqidövlətin dayanıqlı inkişafını təmin edir.

Cəmiyyətdə dövlətə inamın güclənməsi üçün vətəndaşların dövlət idarəçiliyindəiştirak imkanlarının genişləndirilməsi, ictimai nəzarətin inkişafı və şəffaflığıntəmin olunması mühüm əhəmiyyət daşıyır. İnsan öz hüquqlarının qorunduğunu, müraciətlərinə diqqətlə yanaşıldığını və qanun qarşısında bərabərliyinin təminedildiyini gördükdə dövlətə olan etimadı daha da artır. Bu baxımdan hüquqimaarifləndirmə, vətəndaş cəmiyyətinin inkişafı və ictimai dialoqun gücləndirilməsimühüm əhəmiyyət kəsb edir. Konstitusiya yalnız dövlət orqanlarının fəaliyyətinitənzimləyən sənəd deyil, həm də hər bir vətəndaşın dövlət həyatında öz yerini vərolunu müəyyənləşdirən hüquqi bələdçidir.

Müasir Azərbaycan dövlətinin əsas hədəflərindən biri güclü dövlət-vətəndaşmünasibətlərini daha da inkişaf etdirmək, insanların rifahını yüksəltmək və ictimaietimadı möhkəmləndirməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatakeçirilən islahatlar, sosial proqramlar və dövlət xidmətlərinin təkmilləşdirilməsi buməqsədlərə xidmət edir. Dövlətin gücü onun vətəndaşına göstərdiyi qayğıda, vətəndaşın gücü isə dövlətinə olan sədaqətində və məsuliyyətində özünü göstərir. 12 Noyabr münasibətilə bir daha vurğulamaq lazımdır ki, Konstitusiya dövlətləxalq arasında etimad körpüsü, hüquqi münasibətlərin etibarlı təminatı və gələcəyəaparan möhkəm yoldur.

 

Lalə Cəfərova,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button