
Milli dövlət rəmzləri hər bir xalqın tarixini, mədəniyyətini və mənəvi dünyasını özündə əks etdirənmühüm dəyərlərdir. Azərbaycan RespublikasınınDövlət Bayrağı isə xalqımızın milli mənsubiyyətini, azadlıq iradəsini və müstəqil dövlətçilik ideallarını biraraya gətirən müqəddəs simvoldur. Üçrənglibayrağımızın dalğalanması hər bir azərbaycanlınınqəlbində Vətənə bağlılıq, milli qürur və iftixar hissiyaradır. Bu bayraq tariximizin çətin və şərəflisəhifələrindən keçərək bu günümüzə gəlib çatmış, xalqımızın dəyişməz ideallarını özündə yaşatmışdır. 9 Noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeydedilməsi də məhz bu böyük mənəvi dəyərə verilənehtiramın göstəricisidir.
Bayrağımızın tarixi 1918-ci ildə Azərbaycan XalqCümhuriyyətinin yaranması ilə bağlıdır. Həmin ilinnoyabrın 9-da qəbul olunan üçrəngli bayraq xalqımızınmüstəqil dövlət qurmaq arzusunun gerçəkləşdiyininümayiş etdirdi. Mavi rəng türkçülüyü, qırmızı rəngmüasirliyi və demokratik inkişafı, yaşıl rəng isə İslammədəniyyətinə bağlılığı ifadə edir. Bu rənglərin biraraya gəlməsi Azərbaycan xalqının zəngin mənəvidünyasını və tarixi kimliyini əks etdirir. Cümhuriyyətinsüqutundan sonra belə, bayrağımızın mənəvi gücüxalqımızın yaddaşında qorunub saxlanıldı. Müstəqilliyin bərpası ilə üçrəngli bayraq yenidən özəzəli yerini tutdu.
Bu gün Azərbaycan öz dövlətçilik ənənələrinə sadiqqalaraq müasir inkişaf yolunda inamla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğusiyasi kurs dövlətimizin möhkəmlənməsinə, milliideologiyamızın formalaşmasına və xalq-dövlətbirliyinin güclənməsinə xidmət etmişdir. Prezidentİlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlusiyasət nəticəsində Azərbaycan beynəlxalq arenadamövqelərini möhkəmləndirmiş, tarixi torpaqlarındasuverenliyini təmin etmişdir. Qarabağda və ŞərqiZəngəzurda aparılan quruculuq işləri, Böyük Qayıdışproqramının həyata keçirilməsi üçrəngli bayrağımızınaltında yeni həyatın qurulduğunu nümayiş etdirir. Butorpaqlarda bayrağımızın dalğalanması dövlətimizingücünün və xalqımızın birliyinin ən parlaqgöstəricisidir.
Dövlət Bayrağı Günü hər birimizə millimənəviyyatımızı qorumağın, tariximizi öyrənməyin vədövlətimizin inkişafına töhfə verməyin vacibliyinixatırladır. Bayrağa hörmət yalnız rəsmi tədbirlərdəgöstərilən ehtiramla məhdudlaşmamalı, gündəlikhəyatımızda da öz əksini tapmalıdır. Vətənini sevənhər bir insan öz fəaliyyəti ilə Azərbaycanın adınıucaltmalı, milli dəyərlərimizi gələcək nəsillərəötürməlidir. Üçrəngli bayrağımız bizim keçmişimiz, bugünümüz və gələcəyimizdir. Qoy onun kölgəsindəyaşayan xalqımız daim bir olsun, dövlətimiz qüdrətləinkişaf etsin və bayrağımız bütün dünyada qürurladalğalansın!
Sevinc Rzayeva,
YAP Xəzər rayon təşkilatının fəalı



