AnalitikaGündəmSiyasət

Qarabağın dirçəlişi – Zəfərin davam edən təntənəsi

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixindəyalnız hərbi qələbə ilə deyil, həm də yeni həyatın, quruculuğun və tərəqqinin başlanğıcı ilə yadda qalanmühüm hadisədir. Uzun illər doğma torpaqlarındanayrı düşmüş insanların qəlbində yaşayan qayıdış arzusubu tarixi qələbə ilə gerçəkliyə çevrildi. Qarabağın azadedilməsi xalqımızın milli yaddaşında dərin iz buraxdı, ölkəmizin qarşısında yeni inkişaf imkanları açdı. Bugün Zəfər Günü qeyd olunarkən azad edilmişərazilərdə aparılan bərpa işləri qələbəmizin nə qədərböyük tarixi əhəmiyyətə malik olduğunu bir dahanümayiş etdirir.

Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurdagenişmiqyaslı quruculuq prosesinə başlanılıb. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasirinfrastruktur yaradılır, yollar çəkilir, elektrik və sutəchizatı sistemləri yenilənir. Yeni məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və sosial obyektlərinşa edilir. Bütün bunlar dövlətimizin azad edilmiştorpaqların dirçəldilməsinə verdiyi böyük önəmingöstəricisidir. Bir zamanlar viran qoyulmuş ərazilərdəbu gün həyatın yenidən canlanması Azərbaycanxalqının qurub-yaratmaq əzmini və dövlətimiziniqtisadi imkanlarını əks etdirir.

Qarabağa Böyük Qayıdış prosesi Zəfərimizin ənmühüm mənəvi nəticələrindən biridir. Uzun illərdoğma evlərinin həsrəti ilə yaşayan ailələrin özyurdlarına qayıtması, uşaqların doğulduqlarıtorpaqlarda böyüməsi, məktəblərin yenidən fəaliyyətəbaşlaması xalqımız üçün əvəzsiz sevinc mənbəyidir. Bu qayıdış sadəcə insanların bir məkana köçməsi deyil, həm də tarixi yaddaşın, milli kimliyin və mənəvibağlılığın yenidən canlanmasıdır. Qarabağda yenihəyat qurulduqca xalqımızın qələbə sevinci daha dadərinləşir, Zəfərimizin bəhrələri gündəlik həyatımızdaöz əksini tapır.

Bu gün hər bir azərbaycanlı azad Qarabağın inkişafınıümummilli məqsəd kimi qəbul etməli, ölkəmizintərəqqisinə öz töhfəsini verməlidir. Prezident İlhamƏliyevin rəhbərliyi ilə həyata keçirilən layihələrAzərbaycanın gələcəyə inamla addımladığını göstərir. Qarabağın dirçəlişi həm də şəhidlərimizin müqəddəsxatirəsinə ən böyük ehtiramdır. Çünki onlar butorpaqların azadlığı uğrunda canlarını fəda ediblər. Zəfər Günü bizə xatırladır ki, qazanılmış qələbəniqorumaq, azad torpaqları inkişaf etdirmək və gələcəknəsillərə daha güclü Azərbaycan miras qoymaq hərbirimizin vəzifəsidir.

Lalə Vəliyeva,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button