AnalitikaGündəmSiyasət

Milli birlik – tarixi qələbəmizin ən böyük dayaqlarından biri

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə milli birliyin və həmrəyliyinnə qədər böyük gücə malik olduğunu nümayiş etdirdi. Müharibənin ilk günlərindənetibarən xalqımız vahid məqsəd ətrafında birləşərək dövlətə və orduya dəstəyiniifadə etdi. Cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirən Vətən sevgisi ümumiiradənin formalaşmasına və tarixi hədəfin reallaşmasına mühüm töhfə verdi. ZəfərGününün ən mühüm dərslərindən biri də məhz milli həmrəyliyin dövlətingüclənməsindəki roludur.

Milli birlik yalnız fövqəladə hadisələr zamanı ortaya çıxan hiss deyil. O, cəmiyyətin gündəlik həyatında qarşılıqlı hörmət, ortaq dəyərlərə bağlılıq və ümumiməqsədlərə xidmət edən davranışlarla möhkəmlənir. Azərbaycan xalqının tarixboyu çətinliklər qarşısında göstərdiyi dözümlülük və həmrəylik müstəqildövlətimizin formalaşmasına da təsir göstərib. Vətən müharibəsi isə bukeyfiyyətlərin müasir dövrdə də güclü olduğunu təsdiqlədi.

Qələbə dövründə informasiya cəbhəsində göstərilən fəallıq, könüllülərintəşəbbüsləri, vətəndaşların dəstəyi və ordumuza ünvanlanan mənəvi mesajlarcəmiyyətin birliyini daha da möhkəmləndirdi. İnsanlar öz imkanları daxilindəümumi məqsədə töhfə verməyə çalışır, Azərbaycanın haqq səsini beynəlxalqictimaiyyətə çatdırmaq üçün fəallıq göstərirdilər. Bu proses milli məsuliyyəthissinin geniş şəkildə təzahür etməsi ilə yadda qaldı.

Zəfərdən sonrakı mərhələdə milli həmrəyliyin qorunması azad edilmiş ərazilərinbərpası, iqtisadi inkişafın sürətləndirilməsi və sosial rifahın yüksəldilməsibaxımından da əhəmiyyətlidir. Cəmiyyətin müxtəlif sahələrində çalışan insanlarınortaq məqsədlər naminə əməkdaşlığı dövlətin inkişaf imkanlarını genişləndirir. Müəllim, həkim, mühəndis, sahibkar, dövlət qulluqçusu və digər peşə sahiblərininöz fəaliyyətini məsuliyyətlə həyata keçirməsi ümumi tərəqqiyə xidmət edir.

8 Noyabr – Zəfər Günü bizə xatırladır ki, milli birlik Azərbaycanın ən böyükmənəvi sərvətlərindən biridir. Bu birliyin qorunması, dövlətçilik dəyərlərininmöhkəmləndirilməsi və cəmiyyətin ortaq hədəflər ətrafında birləşməsi ölkəmizingələcək uğurlarının əsas şərtlərindəndir. Qələbə günlərində nümayiş etdirdiyimizhəmrəyliyi gündəlik həyatımızda da yaşatmaq hər bir vətəndaşın məsuliyyətidir.

Zeynəb Əliyeva,
YAP Xətai rayon təşkilatının fəalı

 

Oxşar Xəbərlər

Back to top button