
Məktəb həyatında müəyyən olunmuş qaydalara əməl etmək şagirdlərin gələcəkcəmiyyət həyatına hazırlanmasının vacib istiqamətlərindən biridir. İnsan müxtəlifictimai mühitlərdə yaşayarkən başqalarının hüquqlarını nəzərə almağı, ümumiqaydalara hörmət etməyi və öz davranışına görə məsuliyyət daşımağı bacarmalıdır. Dövlət ümumi təhsil müəssisələrində geyimlə bağlı tələblər də şagirdlərdə buvərdişlərin formalaşmasına töhfə verə bilər. Məktəb qaydaları uşaqlara nizam-intizamın şəxsi məhdudiyyət deyil, ortaq fəaliyyətin təşkilinə kömək edən vasitəolduğunu anlamağa imkan yaradır.
Geyim tələblərinin düzgün tətbiqi məktəbdə ümumi məsuliyyət anlayışınımöhkəmləndirir. Şagirdlər öz üzərlərinə düşən vəzifələri yerinə yetirdikdə, müəllimlər peşəkar davranış nümayiş etdirdikdə və məktəb rəhbərliyi qaydalarıədalətli şəkildə tətbiq etdikdə təhsil mühitində qarşılıqlı etimad yaranır. Bumünasibət yalnız məktəb daxilində deyil, uşaqların gələcək sosial həyatında damüsbət iz buraxır. Qaydalara əməl etməyi öyrənən, eyni zamanda, hüquqlarınıtanıyan şagird gələcəkdə cəmiyyətin məsuliyyətli üzvü olmağa daha yaxşıhazırlaşır.
Bununla yanaşı, məktəb qaydalarına hörmət tələb etmək hər bir uşağın fərdixüsusiyyətlərini və ləyaqətini nəzərə almaqla həyata keçirilməlidir. Geyimlə bağlıanlaşılmazlıqlar yarandıqda təzyiq, təhqir və qarşıdurma deyil, izahat və hüquqihəll yolları əsas götürülməlidir. Valideynlər, müəllimlər və məktəb rəhbərliyi ortaqməqsədin uşağın keyfiyyətli təhsil alması və sağlam mühitdə böyüməsi olduğunuunutmamalıdır. Qaydaların məqsədi insanları qarşı-qarşıya qoymaq deyil, məktəbhəyatını nizamlı və təhlükəsiz şəkildə təşkil etməkdir.
Gələcəyin güclü cəmiyyəti hüquqa hörmət edən, başqalarının düşüncəsinəanlayışla yanaşan və məsuliyyətini dərk edən gənclərin yetişməsi ilə qurulur. Məktəb bu keyfiyyətlərin formalaşdığı ilk mühüm ictimai məkanlardan biridir. Təhsilalanların və təhsilverənlərin geyim qaydaları da həmin geniş tərbiyə və təhsilsisteminin bir hissəsi kimi dəyərləndirilməlidir. Qanunauyğunluq, ədalət, qarşılıqlıhörmət və insan ləyaqətinin qorunması bir araya gəldikdə məktəb öz əsasmissiyasını daha uğurla yerinə yetirir: bilikli, mədəni, hüquqlarını tanıyan vəgələcəyə məsuliyyətlə yanaşan nəsil yetişdirir.
Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi


