Füzuli Şəhəri Günü xalqımızın əyilməz iradəsinin və gücünün simvoludur

Oktyabrın 17-si Azərbaycanın yaxın tarixinin qürurlu, əlamətdar və unudulmaz səhifələrindən biridir.Həmin gün Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Füzuli Şəhəri Günü kimi təsis edilmişdir.
Füzuli rayonunun işğaldan azad olunması xalqımızın 27 illik həsrətinə son qoyan parlaq qələbə idi. Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlər hərbi tariximizdə xüsusi yer tutur. Düşmənin illərlə qurduğu keçilməz istehkamlar qəhrəman hərbçilərimizin şücaəti ilə darmadağın edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu zəfər tarixi ədaləti bərpa etdi.
Azad olunduqdan sonra Füzulidə misli görünməmiş sürətli bərpa və quruculuq prosesinə start verildi. Prezident İlham Əliyev Füzuli rayonuna dəfələrlə səfərlər edərək bu işlərin hər mərhələsinə şəxsən rəhbərlik edib. Dövlət başçısının səfərləri zamanı təməli qoyulan layihələr qısa müddətdə tamamlanaraq istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı məhz Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə rekord müddətdə inşa olundu. Bu hava limanı Qarabağın dünya ilə əlaqəsini təmin edən strateji obyekt kimi fəaliyyət göstərir. Füzuli-Şuşa avtomobil yolu da dövlət başçısının səfərləri çərçivəsində diqqətdə saxlanılan əsas layihələrdəndir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı həm də yeni yaşayış binalarının, məktəb və xəstəxanaların təməli qoyulub. Şəhərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı uğurla reallaşdırılmaqdadır. Füzuliyə qayıdan ilk sakinlər dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər. Prezident İlham Əliyev köçürülən ailələrlə görüşərək onlarla səmimi söhbətlər aparıb. Dövlət başçısının təqdim etdiyi mənzillər vətəndaşların rahat və təhlükəsiz yaşaması üçün hər cür şəraitlə təmin olunub. Füzulidə yeni iş yerlərinin açılması üçün sərmayələr yatırılır və iqtisadi canlanma təmin edilir. Füzuli Sənaye Parkının yaradılması regionun sahibkarlıq mühitini gücləndirir. Kənd təsərrüfatı sahəsində görülən işlər rayonun iqtisadiyyatına güclü təkan verir.
Şəhərin baş planına uyğun olaraq aparılan tikinti işləri Füzuliyə tamamilə müasir görkəm qazandırıb. Füzulinin mədəni irsi, tarixi abidələri və məscidləri dövlət tərəfindən bərpa olunur. İşğal zamanı dağıdılmış dini ocaqlarımız yenidən qurularaq istifadəyə verilib. Füzuli Şəhəri Günü həm də Vətən uğrunda canından keçən şəhidlərimizin yad edildiyi müqəddəs gündür. Xalqımız şəhidlərimizin xatirəsini hər zaman uca tutur və onların qəhrəmanlığını unutmur. Füzulidə təhsil alan uşaqların gülüşü bu torpaqda həyatın əbədi olaraq bərqərar olduğunu göstərir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Qarabağın simasını tamamilə dəyişdirib.Füzulinin inkişafı bütün işğaldan azad olunmuş rayonlar üçün bir nümunədir. Hər bir füzulili bu abadlıq və quruculuq işlərindən qürur duyur. Dövlətimizin qüdrəti sayəsində füzulililər öz doğma ocaqlarında sülh və əmin-amanlıq içində yaşayırlar. Oktyabrın 17-si Füzulidə hər il böyük təntənə və bayram konsertləri ilə qeyd olunur.Bu bayram xalqımızın qələbə əzmini və birliyini bir daha nümayiş etdirir. Prezidentin səfərləri zamanı verilən tapşırıqlar Füzulinin sürətli inkişafını təmin edən əsas amildir. Şəhərin infrastrukturu tamamilə yenilənərək ekoloji cəhətdən təmiz və yaşıl məkana çevrilir. Füzulidə həyata keçirilən “ağıllı” texnologiyalar şəhər sakinlərinə yüksək rahatlıq bəxş edir.
Azərbaycan bayrağının Füzulidə əbədi dalğalanması hər bir azərbaycanlının ürəyini qürurla doldurur. Rayonun gələcəyi parlaq perspektivlər və yeni nailiyyətlərlə zəngindir. Füzuli Şəhəri Günü xalqımızın əyilməz iradəsinin və gücünün simvoludur. Azərbaycan dövlətinin hərbi və siyasi qələbəsi əbədi və dönməzdir. Yaşasın güclü Azərbaycan, qəhrəman Füzuli!
Reyhan Tanırverdiyeva,
Nizami rayonu, 312 saylı məktəbin direktor müavini



