AnalitikaGündəmOrduQarabağ və Şərqi ZəngəzurSiyasət

Cəbrayıl Şəhəri Günü xalqımızın birliyinin və həmrəyliyinin rəmzidir

Cəbrayıl Azərbaycanın qədim və zəngin tariximizə sahib, mədəniyyət ocaqlarından biri olan ecazkar guşələrindən biridir. Uzun illər işğal altında qalan bu torpaq hər zaman öz doğma sahiblərinin həsrəti ilə nəfəs alırdı. 2020-ci ilin payızında başlanan Vətən müharibəsi Azərbaycan xalqının əzmini, ordumuzun qüdrətini və Ali Baş Komandanın qətiyyətli siyasətini bütün dünyaya nümayiş etdirdi. Cəbrayıl əməliyyatı İkinci Qarabağ müharibəsinin taleyində mühüm dönüş nöqtələrindən biri oldu. Azərbaycan Ordusunun igid əsgər və zabitləri düşmənin güclü istehkamlarını yarmaqla Cəbrayıl şəhərini və ətraf kəndləri qısa müddət ərzində azad etdilər.

4 oktyabr tarixi Azərbaycanın zəfər salnaməsinə qızıl hərflərlə yazıldı və Cəbrayıl şəhəri günü kimi qeyd olunmağa başlandı. Bu gün sadəcə bir təqvim bayramı deyil, həm də ədalətin bərpasının, milli qürurun və tarixi yaddaşın təntənəsidir. Cəbrayılın azad olunması digər torpaqlarımızın işğaldan qurtarılması üçün möhkəm tramplin rolunu oynadı. Döyüşlərdə göstərilən şücaət hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır. İşğaldan azad olunan hər qarış torpaq kimi Cəbrayıl da indi yeni bir dövrə qədəm qoyur. Tarixi abidələrin dağıdılmasına baxmayaraq, xalqımızın yaradıcılıq əzmi bu torpağa yenidən həyat bəxş edir. Şəhərin azadlıq günü hər il böyük coşqu, qürur və minnətdarlıq hissi ilə qeyd olunur.

Cəbrayılın işğaldan azad edilməsi Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmayacağının sübutudur. Bu zəfər həm də regionda yeni reallıqlar yaratdı, sülhün və təhlükəsizliyin təmin olunmasına zəmin hazırladı. Şəhidlərimizin qanı və canı bahasına əldə edilən bu qələbə heç zaman unudulmayacaqdır.

Cəbrayıl şəhəri günü xalqımızın birliyinin və həmrəyliyinin rəmzi kimi yaşayır. Bu qürur dolu tarix gələcək nəsillərə ötürülən ən qiymətli mirasdır. Cəbrayılın azadlığı Azərbaycanın hərbi və siyasi gücünün təntənəsidir. Şəhərin hər küçəsi, hər dağıdılmış binası indi yenidənqurma səsləri ilə əvəzlənir. Azadlığın nəfəsi Cəbrayılın daşında, torpağında, səmasında hiss olunmaqdadır. Zəfər yolu ilə Cəbrayıla qayıdan həyat öz əzəmətini bərpa edir. Bu gün Cəbrayıl şəhəri günü hər bir azərbaycanlının başını uca edən müqəddəs bir bayramdır.

Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

Oxşar Xəbərlər

Back to top button