AnalitikaGündəmSiyasət

Milli İradənin Tarixi Diplomatik Qələbəsi

Sentyabr antiterror tədbirləri Azərbaycanın hərb meydanında qazandığı zəfərlə yanaşı, mürəkkəb beynəlxalq masalarda əldə etdiyi tarixi diplomatik qələbənin təcəssümüdür. İllər boyu anti-Azərbaycan şəbəkələrinin ölkəmizə qarşı formalaşdırdığı siyasi bloku yarmaq və mütləq suverenlik haqqımızı dünya ictimaiyyətinə qəbul etdirmək misilsiz diplomatik məharət tələb edirdi. 20 sentyabr zəfəri xalqımızın sarsılmaz milli iradəsinin diplomatiya müstəvisindəki ən böyük təntənəsi kimi qeydə alındı.

Bu mürəkkəb və gərgin diplomatik mübarizənin mərkəzində şəxsən Prezident İlham Əliyev dayanırdı. Dövlət başçısı rasional arqumentlər, təkzibedilməz tarixi faktlar və beynəlxalq hüquqa əsaslanan tezislərlə Ermənistanın və onun havadarlarının qarayaxma kampaniyalarını tamamilə zərərsizləşdirdi. Prezident İlham Əliyev sübut etdi ki, güclü diplomatiya yalnız kompromislərdən ibarət deyil, yeri gəldikdə milli maraqları mütləq şəkildə diktə etmək sənətidir.

BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq platformalarda Azərbaycana qarşı hazırlanan qətnamə layihələrinin iflasa uğraması, ölkəmizin diplomatik təsir gücünün bariz nümunəsi oldu. Dost və müttəfiq ölkələrlə qurulan etibarlı əlaqələr bu çətin günlərdə öz mütləq bəhrəsini verdi. Azərbaycan xarici siyasəti ikili standartlara sinə gərərək proseslərin beynəlxalq hüquqi legitimliyini tam şəkildə qoruyub saxlamağı bacardı.

20 Sentyabr Dövlət Suverenliyi Günü həm də Azərbaycanın suveren diplomatiyasının və intellektual gücünün bayramıdır. Xalqımız dərin fəxarət hissi ilə dərk edir ki, Prezident İlham Əliyev tərəfindən idarə olunan xarici siyasət kursu dövlətimizin milli maraqlarını qlobal miqyasda ən yüksək peşəkarlıqla və toxunulmaz şəkildə müdafiə edir.

Sevinc Salayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button