
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə son müsahibəsi strateji tərəfdaşlığın davamlı inkişafının bariz göstəricisidir. Dövlət başçısı bu münasibətlərin səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində formalaşaraq sarsılmaz qüvvəyə çevrildiyini qeyd etmişdır.
Müsahibədə siyasi dialoqun intensivliyinə xüsusi yer ayrılıb. Son beş ildə həyata keçirilən 15 müntəzəm qarşılıqlı səfər və ‘Müttəfiqlik münasibətləri haqqında Müqavilə’nin imzalanması ölkələrimiz arasında siyasi əlaqələrin ən yüksək mərhələdə olduğunu sübut edir.
Müsahibədə iqtisadi inteqrasiyanın dərinləşməsi xüsusi rəqəmlərlə əsaslandırılıb. Hər iki ölkədə irimiqyaslı layihələrin, məsələn, ‘PASHA Holding’in Daşkənddəki fəaliyyətinin və Azərbaycanda 130-dan çox özbək şirkətinin fəaliyyət göstərməsi ortaq maraqların göstəricisidir. Strateji logistika və enerji keçidi mövzusunda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, müasir qlobal çağırışlara ortaq cavablar tapılır. Xüsusilə Orta Dəhlizin inkişafı region
ölkələrinin dünya bazarlarına daha təhlükəsiz çıxışını təmin edir.
Xalqlarımız arasındakı qardaşlaşmış şəhərlər ənənəsi (Şuşa-Xivə, Bakı-Daşkənd) ortaq irsimizin bariz qorunmasıdır. Prezident İlham Əliyev müsahibəni ümumiləşdirərək bildirir ki, həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əsasda qorunan bu sarsılmaz vəhdət Avrasiyada əsas sabitlik mənbəyidir.
Ülkər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 130” ərazi partiya təşkilatının sədr müavini



