AnalitikaGündəmSiyasət

Azərbaycan hazırda yaşıl enerji sahəsində də mühüm layihələr həyata keçirir

2026-cı ilin mart ayında Bakıda enerji sahəsində beynəlxalq əhəmiyyətə malik mühüm tədbir keçirildi. Bu tədbir çərçivəsində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası təşkil olundu. Toplantı Bakı Konqres Mərkəzində baş tutdu və tədbirdə Cənab Prezident İlham Əliyev çıxış edərək Azərbaycanın enerji siyasəti, beynəlxalq əməkdaşlıq və yaşıl enerji istiqamətində planları barədə geniş məlumat verdi. Bu iclaslarda dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndələr iştirak edirdi. Tədbirə Avropa, Asiya və digər regionlardan nazirlər, dövlət rəsmiləri, enerji şirkətlərinin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri qatılmışdı. Bu isə tədbirin beynəlxalq miqyasını və əhəmiyyətini bir daha göstərirdi.

Ümumilikdə toplantıda onlarla ölkə və beynəlxalq maliyyə institutu təmsil olunmuşdu. Bu görüşün əsas məqsədi enerji təhlükəsizliyi, qaz təchizatı, enerji bazarlarında əməkdaşlıq və bərpa olunan enerji sahəsində perspektivlərin müzakirəsi idi. Cənab Prezident İlham Əliyev çıxışına tədbir iştirakçılarını salamlayaraq başladı və qeyd etdi ki, belə görüşlər müxtəlif ölkələr arasında enerji sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır. O vurğuladı ki, Cənub Qaz Dəhlizi artıq qlobal enerji layihələrindən birinə çevrilib və bu layihə bir neçə ölkənin birgə əməkdaşlığı nəticəsində uğurla həyata keçirilib. Cənab Prezident İlham Əliyev bildirdi ki, layihənin reallaşdırılması uzun illər davam edən ciddi əmək və böyük maliyyə yatırımları tələb edib.

Dövlət başçısı çıxışında Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi tanındığını xüsusi qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan uzun illərdir ki, enerji resurslarının dünya bazarına təhlükəsiz və sabit şəkildə çatdırılmasını təmin edir. Bu baxımdan ölkə bir çox dövlətlər üçün mühüm enerji təchizatçısına çevrilib. Prezident həmçinin bildirdi ki, enerji təhlükəsizliyi məsələsi son illərdə daha da aktuallaşıb və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Çıxış zamanı Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün strateji əhəmiyyətindən də bəhs edildi. Bu layihə vasitəsilə Azərbaycan qazı bir sıra Avropa ölkələrinə nəql olunur və regionun enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Prezident qeyd etdi ki, layihənin genişləndirilməsi və yeni tərəfdaşların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Bu isə gələcəkdə daha çox ölkənin Azərbaycan qazından istifadə etməsinə imkan yaradacaq. Cənab Prezident İlham Əliyev çıxışında yalnız ənənəvi enerji resurslarından deyil, həm də bərpa olunan enerji mənbələrindən danışdı.

O bildirdi ki, Azərbaycan hazırda yaşıl enerji sahəsində də mühüm layihələr həyata keçirir. Günəş və külək enerjisindən istifadə imkanlarının genişləndirilməsi ölkənin enerji strategiyasında mühüm yer tutur. Bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlıq edilir və yeni investisiya layihələri həyata keçirilir. Yaşıl Enerji Məşvərət Şurasının iclası da məhz bu məqsədlə təşkil olunmuşdu. Bu platforma vasitəsilə ölkələr arasında bərpa olunan enerji sahəsində təcrübə mübadiləsi aparılır və yeni layihələrin həyata keçirilməsi müzakirə olunur. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın geniş bərpa olunan enerji potensialı mövcuddur və bu potensialın reallaşdırılması üçün mühüm addımlar atılır. Çıxışın sonunda Cənab Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan həm ənənəvi enerji resurslarının ixracı, həm də yaşıl enerji sahəsinin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, ölkənin məqsədi enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirmək və beynəlxalq əməkdaşlığı genişləndirməkdir.

Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası məsləhətçi

Oxşar Xəbərlər

Back to top button