AnalitikaGündəmSiyasət

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Azərbaycan Prezidentinin çıxışı Azərbaycanın həm ənənəvi enerji resursları, həm də gələcəyin “yaşıl” gündəliyi baxımından strateji rolunu bir daha təsdiqlədi.
Prezidentin çıxışından irəli gələn əsas strateji məqamlar aşağıdakılardır:
1.Cənub Qaz Dəhlizi: Etibarlı Tərəfdaşlıq
Prezident İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizi artıq reallıqdır və Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Azərbaycanın təbii qaz ixracı coğrafiyası genişlənir. Biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.
2.Yaşıl Enerji Keçidi: Yeni Prioritet
Dövlət başçısı Azərbaycanın bu sahədəki nəhəng potensialını vurğulayıb, külək enerjisi baxımından Xəzər dənizinin imkanları və bu enerjinin “Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropaya çatdırılması planlarından, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən Qara Dəniz sualtı kabel layihəsinin əhəmiyyətindən danışıb: “Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Burada bizdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturam. Lakin təkcə SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb, çünki burada böyük potensial və bazarda tələbat var.
Artıq ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər olacaq. Biz bu məsələ üzərində işləməliyik. Biz enerji kabelləri – Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir.”
3.COP29 və İqlim Öhdəlikləri
Prezident Azərbaycanın COP29-a ev sahibliyi etməsini ölkənin yaşıl enerjiyə keçidə sadiqliyinin beynəlxalq səviyyədə tanınması kimi xarakterizə edib: “Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik.” Azərbaycan həm qaz ixracatçısı kimi məsuliyyətini dərk edir, həm də dekarbonizasiya prosesində aktiv rol oynayır.

Üzeyir Cahangirov,
Nizami rayonunun fəal gənci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi.

Oxşar Xəbərlər

Back to top button