AnalitikaGündəmSiyasət

İlham Əliyev memorialin acilisini tarixi heqiqetlerin qorunmasi kimi deyerlendirdi

Tarixi gerçəkliyin yaddaşlardan silinməsi, əbədi olaraq gələcəyə baxışın kilidlənməsi, qaranlıqda yolunu azmış adamın yolunu itirməsinə bənzəyir. Nə qədər kökümüzə bağlılığı qoruyub saxlasaq, tariximizi gələcək nəsillərə təhrifsiz çatdıra bilsək,  o qədər  təhlükəsiz və rahat yaşaya bilərik. Tariximizin yaralı səhifəsi olan Xocalı da unuda bilməyəcəyimiz, daim xatırlamalı olacağımız belə həqiqətlərdən biridir.

Tarixi gerçəyin acı siması 34 il əvvəl dinc və sakit həyat tərzi sürən Xocalı sakinlərini ağır və çətin imtahanla qarşı- qarşıya qoydu. Həmin gün həyatını itirən,bu günə qədər də  taleyindən xəbər tutulmayan insanların qəlbində dərin iz buraxdı. Bu izi onlarla yanaşı bütün Azərbaycan xalqı yaşadı və nə vaxtsa “Xocalıya ədalət” deyərək yenidən alovlanacaq intiqam hissinə çevrildi.

Və nəhayət ki, həmin gün gəldi, 44 günlük Vətən müharibəsindəki ŞANLI ZƏFƏR və ardınca 2023 -cü ilin sentyabr ayındakı antiterror hərəkatı ilə illər öncə məhv olumuş şəhərə yenidən həyat bəxş etdi. İllər öncə yarıda qalmış, ümidləri məhv edilmiş insanların gülümsəməyi unutmuş çöhrələrinə sevinc bəxş edib, xoşbəxlik  hissinin yenidən onlara daddırdı.

Bəli, bugün Azərbaycan xalqı “Böyük qayıdış”ın sevincini yaşayır,  Təhlükəsiz, qara buludları başı üzərindən çəkilmiş həyatının qorunub saxlanması üçün heç vaxt unutmayacağı tarixini də özü ilə yaşadır. Cinayətkarları, əli günahsız körpələrin qanına bulanmış canilərin layiqincə cəzalanmasına  nail ola bilmişiksə, deməli “Xocalıya ədalət”i bərpa edə bilmişik.

“Təsadüfi deyil ki, məhz Memorial Kompleksin Xocalıda açılışı  ədalətin təntənəsidir.”-bu fikir  bu gün Xocalı qurbanlarının xatirəsinin əbədi tarixi yaddaşa çevirmək üçün 26 Fevral 2026-cı il tarixində Memorial Kompleksin açılışı zamanı Müzəffər Ali Baş Komandan, Prezdent cənab İlham Əliyev tərəfindən səsləndirilmişdir. Bu abidə Azərbaycan xalqının əyilməz ruhudur. Bu abidə Azərbaycan xalqının əbədi tarixidir. Bu tarix sübut edir ki, ermənilərdən fərqli olaraq, Azərbaycan xalqı heç vaxt dinc əhaliyə qarşı soyqırım törətməmiş, hər zaman tolerant, mehriban  və sülh şəraitində yaşamağın tərəfdarı olmuşdur.  Azərbaycan öz tarixini , dostunu, düşmənini unutmayacaq bir xalqdır. Biz hər zaman güclü olmalıyıq və olacağıq ki,belə faciələr bir daha təkrarlanmasın.

Xəzər rayonu, 230 nömrəli ümumtəhsil məktəbinin direktoru Gülnar Qədirova

Oxşar Xəbərlər

Back to top button