AnalitikaGündəmSiyasət

Azərbaycan-Amerika münasibətləri yeni mərhələyə qədəm qoyur

Fevralın 10-da Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər.

Qeyd edək ki, imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının tarixi təsdiqidir. 4 bölümdən ibarət olan Xartiyada strateji əməkdaşlığın prioritet istiqamətləri öz əksini tapıb. Eyni zamanda ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının dəstəkləndiyi bir daha təsdiqlənib.

Preizdent İlham Əliyev bəyanatında Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına minnətdar olduğunu bildirib və qeyd edib ki, “Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.”

“Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.”- söyləyən Dövlət Başçısı  ötən il avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişinin paraflanmasından və Prezident Trampın, həmçinin şahid kimi Sülh haqqında Birgə Bəyannaməni imzalamasından sonra artıq altı aydır ki, sülh şəraitində yaşadığımızı və sülh içində yaşamağı öyrəndiyimizi xüsusi minnətdarlıqla bəyan edib.

Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır.

Prezident İlham Əliyev həmçinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsini Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri olduğunu, həmin marşurutun nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizi kimi gələcəkdə fəaliyyət göstərəcəyini söyləyib. TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq.

Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək niyyətindədirlər.

Heydər Rəhimov,
Nizami Bələdiyyəsi sədrinin birinci müavini, Qarabağ veteranı

Oxşar Xəbərlər

Back to top button