AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu regional sabitliyin formalaşmasında mühüm rol oynayan nümunəvi model kimi çıxış edir

“Müasir beynəlxalq münasibətlər sistemində sülhün təmin olunması və münaqişələrin dayanıqlı şəkildə həlli dövlətlərin əsas prioritetlərindən biri hesab olunur. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu regional sabitliyin formalaşmasında mühüm rol oynayan nümunəvi model kimi çıxış edir. Onun rəhbərliyi ilə Azərbaycan münaqişədən postmünaqişə inkişaf mərhələsinə keçid edərək yeni siyasi reallıqlar yaratmışdır”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, 2026-cı ilin fevral ayında Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması bu siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir. Sözügedən mükafat insanlıq, qarşılıqlı hörmət, tolerantlıq və sülh prinsiplərinin təşviqinə xidmət edən liderlərə təqdim olunur. Azərbaycan Prezidentinin bu nüfuzlu mükafata layiq görülməsi, onun qlobal miqyasda etibarlı siyasi tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Vaşinqtonda keçirilən Zirvə Görüşündən sonra formalaşan yeni siyasi mərhələ Azərbaycan diplomatiyasının çoxşaxəli fəaliyyətinin məntiqi nəticəsi olmuşdur. Bu mərhələdə beynəlxalq vasitəçilik mexanizmləri effektiv şəkildə istifadə olunmuş, aparıcı dünya gücləri prosesə cəlb edilmişdir. Nəticədə sülh prosesi regional çərçivədən çıxaraq qlobal təhlükəsizlik gündəliyinin tərkib hissəsinə çevrilmişdir.

 

“Prezident İlham Əliyevin sülh strategiyasının əsas xüsusiyyətlərindən biri onun iqtisadi komponentlə tamamlanmasıdır. Beynəlxalq münasibətlər nəzəriyyəsinə əsasən, iqtisadi qarşılıqlı asılılıq sülhün möhkəmləndirilməsində mühüm amil kimi çıxış edir. Bu kontekstdə ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat dəhlizlərinin bərpası və enerji əməkdaşlığının inkişaf etdirilməsi praktik sülh mexanizmlərinin formalaşdırılmasına xidmət etmişdir. Eyni zamanda, Azərbaycan diplomatiyasında humanitar və mədəni faktorlar da mühüm yer tutur. Dinlərarası dialoq, multikulturalizm və tolerantlıq prinsipləri dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin beynəlxalq platformalarda bu dəyərləri ardıcıl şəkildə təşviq etməsi, sülh prosesinə mənəvi legitimlik qazandırmışdır”

 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış sülh strategiyası yalnız konkret siyasi problemin həlli ilə məhdudlaşmır. Bu strategiya uzunmüddətli inkişaf, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məqsədlərinə xidmət edən kompleks dövlət modelidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” isə bu modelin beynəlxalq səviyyədə tanınmasının rəmzidir.

Oxşar Xəbərlər

Back to top button